mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#İKT sahəsində nəhəng korporasiyalardan biri – “Huawei”in “Gələcəyin Toxumları” (Seeds for the Future) proqramının qalibi olan azərbaycanlı tələbələr Çində Yay Düşərgəsində iştirak edəcəklər. Həmin tələbələrlə #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində görüş keçirilib. Görüşdə “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin də iştirak edib.

Yolasalma mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, gənclərin İKT üzrə təlim kurslarında iştirakı sənaye innovasiyalarını anlamağa və sahibkarlıq ruhunu formalaşdırmağa kömək edəcək. “Huawei” şirkətinin Baş ofisi, Tədqiqat və İnkişaf Mərkəzinə səfər onlara #informasiya-#kommunikasiya texnologiyaları sahəsində biliklərini artırmaq imkanı qazandıracaq.

Ətraflı: http://bit.ly/4os53ZI

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirib.

Görüşdə süni #intellekt, #kibertəhlükəsizlik, #rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, #kadr potensialının artırılması, #təlim, mübadilə və #təqaüd proqramlarının təşkili məsələləri müzakirə edilib.

Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və #inkişaf mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının araşdırılması, birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤6
6 avqustda ilk #internet serverinin istifadəyə verilməsi milyonlarla insan üçün bilik, informasiya və #innovasiya dünyasına yol açdı.

İnternetin imkanlarından səmərəli istifadə hər birimizin inkişafına və ölkəmizin #rəqəmsal gələcəyinə töhfə verir.

#RİNN #6Avqust #İnternetGünü
❤5
Avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Bu funksionallığın təmin edilməsi #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşüb.

Görüşdə #avtomobil nəqliyyatı ilə #yükdaşımalar, #aviadaşımalar, #gəmiqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Orta Dəhlizin inkişafı, limanların və #logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤6👍2
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər.
❤4
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.
❤5
mincom.gov.az
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:

• Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir.
• Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başlayırıq. Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər artıq dəmir yoluna ehtiyacımız var.
• Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir.
• Bu nəqliyyat marşrutu – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) başqa bir tarixi nailiyyət olacaq.
• ABŞ-la süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var.
❤6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin, eləcə də sahə üzrə qurumların bir qrup əməkdaşı üçün “Hesabatlılıq və şəffaflığın təmin olunması: normativ hüquqi baza və institusional mexanizmlər” mövzusunda təlim təşkil olunub.

Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində baş tutub.

Ətraflı: http://bit.ly/4lvUCl1

#RİNN
❤7
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4% artaraq 2,082.8 milyon manat təşkil edib.

#RİNN
❤5
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 8,079.3 milyon manat təşkil edib.

#RİNN
❤4