mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
6 avqustda ilk #internet serverinin istifadəyə verilməsi milyonlarla insan üçün bilik, informasiya və #innovasiya dünyasına yol açdı.

İnternetin imkanlarından səmərəli istifadə hər birimizin inkişafına və ölkəmizin #rəqəmsal gələcəyinə töhfə verir.

#RİNN #6Avqust #İnternetGünü
❤5
Avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Bu funksionallığın təmin edilməsi #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşüb.

Görüşdə #avtomobil nəqliyyatı ilə #yükdaşımalar, #aviadaşımalar, #gəmiqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Orta Dəhlizin inkişafı, limanların və #logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤6👍2
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər.
❤4
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.
❤5
mincom.gov.az
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:

• Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir.
• Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başlayırıq. Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər artıq dəmir yoluna ehtiyacımız var.
• Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir.
• Bu nəqliyyat marşrutu – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) başqa bir tarixi nailiyyət olacaq.
• ABŞ-la süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var.
❤6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin, eləcə də sahə üzrə qurumların bir qrup əməkdaşı üçün “Hesabatlılıq və şəffaflığın təmin olunması: normativ hüquqi baza və institusional mexanizmlər” mövzusunda təlim təşkil olunub.

Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində baş tutub.

Ətraflı: http://bit.ly/4lvUCl1

#RİNN
❤7
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4% artaraq 2,082.8 milyon manat təşkil edib.

#RİNN
❤5
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 8,079.3 milyon manat təşkil edib.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 29 avqust 2025-ci il tarixində saat 09:30-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində #Şabran, #Siyəzən, #Xızı rayonları və #Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.

Qəbula 28 avqust 2025-ci il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlaması

Bu gün bəzi #internet #telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib.

Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. “Delta Telekom”un xidmətləri bərpa olunub.

#RİNN
❤7