mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin, eləcə də sahə üzrə qurumların bir qrup əməkdaşı üçün “Hesabatlılıq və şəffaflığın təmin olunması: normativ hüquqi baza və institusional mexanizmlər” mövzusunda təlim təşkil olunub.

Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində baş tutub.

Ətraflı: http://bit.ly/4lvUCl1

#RİNN
❤7
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4% artaraq 2,082.8 milyon manat təşkil edib.

#RİNN
❤5
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 8,079.3 milyon manat təşkil edib.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 29 avqust 2025-ci il tarixində saat 09:30-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində #Şabran, #Siyəzən, #Xızı rayonları və #Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.

Qəbula 28 avqust 2025-ci il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlaması

Bu gün bəzi #internet #telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib.

Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. “Delta Telekom”un xidmətləri bərpa olunub.

#RİNN
❤7
❤4
mincom.gov.az
Photo
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki:

- Ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək.
- İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək.
- Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik.
- Laçının Qorçu kəndində beynəlxalq hava limanı da istifadəyə verilib. Əminəm ki, bu aeroport sayəsində bura gələnlər üçün çox gözəl bir turizm mərkəzi olacaq.
❤3
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Bakı şəhərində #piyada zonalarının (dəhlizlərinin) yaradılması, həmçinin geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb. Yaxın günlərdə şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.

Ətraflı: https://bit.ly/4lBbBSV

#RİNN
❤6
❤4
mincom.gov.az
Photo
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.

Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki:

- Mən əminəm ki, dediyiniz bütün sahələr - energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var.
- Eyni zamanda, nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var - Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir.
- Mən bilirəm ki, Türkmənistanda çox böyük işlər görülüb - müasir dəniz limanı, hava limanları, dəmir yolları. Bütün bunlar Sizin rəhbərliyinizlə həyata keçirilən layihələrdir ki, Türkmənistanda ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var.
❤4
Avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş keçirilib.

Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki:

- Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur.
- Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik.
- Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.
❤6
mincom.gov.az
Video
🛰️ İtaliyanın RAI televiziya kanalı Azərbaycanda #kosmik və #innovasiya ekosistemində əldə olunan nailiyyətlər barədə reportaj yayımlayıb.

🔵 RAI-nin müxbiri Barbara Karfaqna Azərbaycana səfəri zamanı ölkəni texnoloji cəhətdən sürətlə inkişaf edən bir dövlət kimi səciyyələndirib. O, təbii resurslarla zəngin olan Azərbaycanın müstəqil #rəqəmsal gələcəyini və #texnoloji suverenliyini qurduğunu vurğulayıb.

✅ Reportajda qeyd olunub ki, Azərbaycan #kosmik sənayenin inkişafında mühüm rol oynayır. Orbitə buraxdığı peyklər ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edir, eyni zamanda #telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı aradan qaldırır. Barbara Karfaqna əlavə edib ki, Azərbaycanın özünəməxsus orbital mövqeyi var və ölkə unikal kosmik resurslara sahibdir.

✅ Reportajda bildirilib ki, “Azərkosmos” regionun ilk #peyk operatorudur və öz peykləri vasitəsilə telekommunikasiya və Yer müşahidəsi xidmətləri göstərir. Qeyd olunub ki, Azərbaycan #innovativ kosmik ekosistemin inkişafında əhəmiyyətli rol oynayır, fəaliyyətini təkmilləşdirir, yeni xidmət və həllər təqdim edir.

➡️ İtaliyanın dövlət televiziyası, həmçinin #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib. Agentliyin yerli sahibkarların müasir texnologiya və texniki avadanlıqlara çıxışını təmin etdiyi, innovasiyaya əsaslanan elmi-tədqiqat işlərini dəstəklədiyi, startaplar da daxil olmaqla innovativ layihələri stimullaşdırdığı, onları qrantlar, güzəştli kreditlər və vençur kapitalı vasitəsilə maliyyələşdirdiyi vurğulanıb.

#RİNN
👍7❤1