mincom.gov.az
Video
🛰️ İtaliyanın RAI televiziya kanalı Azərbaycanda #kosmik və #innovasiya ekosistemində əldə olunan nailiyyətlər barədə reportaj yayımlayıb.
🔵 RAI-nin müxbiri Barbara Karfaqna Azərbaycana səfəri zamanı ölkəni texnoloji cəhətdən sürətlə inkişaf edən bir dövlət kimi səciyyələndirib. O, təbii resurslarla zəngin olan Azərbaycanın müstəqil #rəqəmsal gələcəyini və #texnoloji suverenliyini qurduğunu vurğulayıb.
✅ Reportajda qeyd olunub ki, Azərbaycan #kosmik sənayenin inkişafında mühüm rol oynayır. Orbitə buraxdığı peyklər ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edir, eyni zamanda #telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı aradan qaldırır. Barbara Karfaqna əlavə edib ki, Azərbaycanın özünəməxsus orbital mövqeyi var və ölkə unikal kosmik resurslara sahibdir.
✅ Reportajda bildirilib ki, “Azərkosmos” regionun ilk #peyk operatorudur və öz peykləri vasitəsilə telekommunikasiya və Yer müşahidəsi xidmətləri göstərir. Qeyd olunub ki, Azərbaycan #innovativ kosmik ekosistemin inkişafında əhəmiyyətli rol oynayır, fəaliyyətini təkmilləşdirir, yeni xidmət və həllər təqdim edir.
➡️ İtaliyanın dövlət televiziyası, həmçinin #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib. Agentliyin yerli sahibkarların müasir texnologiya və texniki avadanlıqlara çıxışını təmin etdiyi, innovasiyaya əsaslanan elmi-tədqiqat işlərini dəstəklədiyi, startaplar da daxil olmaqla innovativ layihələri stimullaşdırdığı, onları qrantlar, güzəştli kreditlər və vençur kapitalı vasitəsilə maliyyələşdirdiyi vurğulanıb.
#RİNN

👍7❤1
Ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi, milli irsimizin qorunması və humanitar dəyərlərin təşviqi istiqamətində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!
#MehribanƏliyeva
#MehribanƏliyeva
❤5
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.
Bu gün üçrəngli bayrağımız azad və abad Laçında dalğalanır!
#RİNN #LaçınŞəhəriGünü

❤6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini və baş icraçı direktoru Çhanqhi Li ilə görüş keçirilib.
Görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda #rəqəmsallaşma və #innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Ətraflı: http://bit.ly/4lRDB4V

❤5👎1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.
Dövlətimizin başçısı avqustun 26-da həmin telekanalda yayımlanmış müsahibəsində bildirib ki:
- Bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq.
- Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq.
- Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana.

Media is too big
VIEW IN TELEGRAM
Qurumların əsas fəaliyyət istiqamətləri, eləcə də nazirlik tərəfindən həyata keçirilən yeniliklərin ictimaiyyətə daha geniş tanıdılması məqsədini daşıyan ”Rəqəmsal bələdçi” layihəsinin növbəti buraxılışı Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinə həsr olunub.
#RİNN #RəqəmsalBələdçi #ETX
#RİNN #RəqəmsalBələdçi #ETX
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) İnvestisiya və miqyaslaşma şöbəsinin müdiri Ağahüseyn Əhmədov “#Vençur investisiyalarının əhəmiyyəti” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio

Photo
Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki:
- Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
- Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq.
- Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
- Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.
- Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
- Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.
- Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bern şəhərində Beynəlxalq Mülki #Aviasiya Təşkilatının (#ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional Direktoru Nikolas Rallo ilə görüş keçirib.
Ətraflı: http://bit.ly/46clfWz
#RİNN
Ətraflı: http://bit.ly/46clfWz
#RİNN
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də “Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi departamentinin direktoru Elşən Adıgözəlov “Azərpoçt”da risklərin idarə edilməsi prosesi” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio
Bu gün saat 19:05-də “Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi departamentinin direktoru Elşən Adıgözəlov “Azərpoçt”da risklərin idarə edilməsi prosesi” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio
❤2
Sentyabrın 8-də Bakıda Süni #İntellekt Akademiyasının (#AI Academy) açılış mərasimi keçirilib.
Tədbirdə #rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Açılış mərasimində akademiyanın fəaliyyət planı, #təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “AI Academy” AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək tədris mərkəzidir. Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb.
Ətraflı: http://bit.ly/3VDSHAg

👍2❤1