mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bern şəhərində Beynəlxalq Mülki #Aviasiya Təşkilatının (#ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional Direktoru Nikolas Rallo ilə görüş keçirib.

Ətraflı: http://bit.ly/46clfWz

#RİNN
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi departamentinin direktoru Elşən Adıgözəlov “Azərpoçt”da risklərin idarə edilməsi prosesi” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤2
Sentyabrın 8-də Bakıda Süni #İntellekt Akademiyasının (#AI Academy) açılış mərasimi keçirilib.

Tədbirdə #rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Açılış mərasimində akademiyanın fəaliyyət planı, #təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “AI Academy” AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək tədris mərkəzidir. Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb.

Ətraflı: http://bit.ly/3VDSHAg

#RİNN
👍2❤1
“#İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib.

Ətraflı: http://bit.ly/4mRwB9l

#RİNN
❤5
Azərbaycan nümayəndə heyəti 8-19 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya #Poçt İttifaqının (ÜPİ) ali qərarverici orqanı olan 28-ci Konqresində iştirak edir.

Ətraflı: http://bit.ly/484HNee

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Çinin Zhejiang vilayətinin vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nəqliyyat, #logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələləri müzakirə edilib. Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Ətraflı: http://bit.ly/46herXP

#RİNN
❤3
“Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək”.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində qeyd olunub.
❤2
“Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfərləri yeni #nəqliyyat vasitələri ilə həyata keçirərək reyslərin sayını artırırıq.

Məqsədimiz həmin ərazilərdə məskunlaşan və ziyarət məqsədilə səfər edən vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.

#RİNN #AYNA #BöyükQayıdış
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev oyun yaradıcıları üçün qlobal kommersiya platforması olan “#Xsolla” şirkətinin prezidenti Kris Hevişlə görüş keçirib.

Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin “Xsolla”nın ölkəmizdəki ofisinin regional tədqiqat və #inkişaf habına çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤3