mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev oyun yaradıcıları üçün qlobal kommersiya platforması olan “#Xsolla” şirkətinin prezidenti Kris Hevişlə görüş keçirib.

Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin “Xsolla”nın ölkəmizdəki ofisinin regional tədqiqat və #inkişaf habına çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə görüş keçirib.

Görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələrimiz arasında nəqliyyat, #tranzit, süni #intellekt, rəqəmsal infrastruktur, #kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Orta Dəhlizin potensialının artırılması, #Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

#RİNN
❤4👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev “Andersen Lab” qlobal İT şirkətinin Azərbaycandakı rəsmi mərkəzinin açılışında iştirak edib.

“Andersen Lab” şirkətinin işə götürdüyü gənclərlə görüş zamanı onların bilik və bacarıqlarının real layihələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə bildirilib ki, yeni mərkəz ölkəmizin #İKT potensialının inkişafına dəstək verəcək, gənclərin beynəlxalq layihələrdə iştirakını genişləndirəcək və rəqəmsal xidmətlərin ixracına töhfə verəcək.

#RİNN
❤5
Bilik gələcəyin açarı, tərəqqinin əsas sütunudur.

15 sentyabr – Bilik Günü münasibətilə bütün şagird, tələbə və müəllimləri təbrik edir, hər birinə yeni nailiyyətlər arzulayırıq!

#RİNN #BilikGünü
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (#AYNA) İnformasiya sistemi və İT infrastrukturu departamentinin direktoru Anar Mustafa “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Elektron xidmətlər portalı” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ÜPİ-nin ali qərarverici orqanı olan 28-ci Konqresində iştirak edir.

Hər 4 ildən bir keçirilən Konqresdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktoru və müavini, həmçinin #Poçt Əməliyyatları Şurası və Administrativ Şuranın sədr və üzvləri seçilir. Bu il ölkəmiz büronun 2 şurasına üzvlüyə namizədliyini irəli sürüb.

Ətraflı: http://bit.ly/3Iof9uh

#RİNN
❤7
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 26 sentyabr 2025-ci il tarixində saat 10:00-da Oğuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Şəki, #Qəbələ və #Oğuz rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 25 sentyabr 2025-ci il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Ümumdünya #Poçt İttifaqının (#ÜPİ) 28-ci Konqresi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “PostEurop” təşkilatının (Avropa Poçtu) Baş katibi Botond Szebeni və İdarə heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.

“PostEurop” təşkilatının rəsmiləri qurumun Baş Assambleyasının gələn il Azərbaycanda keçirilməsini təklif ediblər.

Ətraflı: http://bit.ly/3Vot06L

#RİNN
❤5