mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ÜPİ-nin ali qərarverici orqanı olan 28-ci Konqresində iştirak edir.

Hər 4 ildən bir keçirilən Konqresdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktoru və müavini, həmçinin #Poçt Əməliyyatları Şurası və Administrativ Şuranın sədr və üzvləri seçilir. Bu il ölkəmiz büronun 2 şurasına üzvlüyə namizədliyini irəli sürüb.

Ətraflı: http://bit.ly/3Iof9uh

#RİNN
❤7
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 26 sentyabr 2025-ci il tarixində saat 10:00-da Oğuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Şəki, #Qəbələ və #Oğuz rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 25 sentyabr 2025-ci il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Ümumdünya #Poçt İttifaqının (#ÜPİ) 28-ci Konqresi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “PostEurop” təşkilatının (Avropa Poçtu) Baş katibi Botond Szebeni və İdarə heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.

“PostEurop” təşkilatının rəsmiləri qurumun Baş Assambleyasının gələn il Azərbaycanda keçirilməsini təklif ediblər.

Ətraflı: http://bit.ly/3Vot06L

#RİNN
❤5
Azərbaycan Ümumdünya Poçt İttifaqının (#ÜPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına üzv seçilib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və ÜPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycan eyni anda hər iki ali orqana üzvlük hüququ qazanıb.

Bu mühüm hadisə Azərbaycanın beynəlxalq #poçt sistemində artan nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası əməkdaşlıqların nəticəsidir.

Ətraflı: http://bit.ly/423drVT

#RİNN
❤2
20 sentyabr #Xankəndi, #Xocalı, #Xocavənd və #Ağdərə şəhərləri günüdür.

Bu gün yalnız bir tarix deyil, həm də bu torpaqlara yeni həyatın, ümidin və dirçəlişin dönüş rəmzidir.

#RİNN #XankəndiXocalıXocavəndAğdərəŞəhərləriGünü
❤3
20 sentyabr dövlətimizin müstəqilliyini, ərazi bütövlüyümüzü və xalqımızın qürurunu təcəssüm etdirən #Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür.

Bu gün üçrəngli bayrağımız hər qarış torpağımızda birliyimizin və gələcəyə inamımızın rəmzi kimi ucalır.

#RİNN #DövlətSuverenliyiGünü
❤4
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4% artaraq 2,401.8 milyon manat təşkil edib.

#RİNN
❤2
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artaraq 9,492.7 milyon manat təşkil edib.

#RİNN
❤1
❤1
mincom.gov.az
Photo
Prezident İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Dövlətimizin başçısı bildirib ki:

- Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.
- Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Dövlət Radiotezliklər İdarəsinin (#DRİ) Radiotezlik spektrinin idarə edilməsi departamentinin müdiri Azad Rəcəbov və Radiomonitorinq və texniki nəzarət departamentinin müdiri Pərviz Hüseynov “Yerli və beynəlxalq tədbirlərdə radiotezliklərdən istifadənin təmini” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3
❤1
mincom.gov.az
Photo
Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Dövlətimizin başçısı bildirib ki:

- Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.
- Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır.
- Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir.
- İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır.
❤3