#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar #Zəfər parkını ziyarət edib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsi önünə gül dəstələri düzülüb.
#RİNN #27SentyabrAnımGünü #AnımGünü

❤7
İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə #sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqləndi:
- #Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;
- Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı #avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik.
Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.
Ətraflı: http://bit.ly/3VHZtFh
#RİNN

❤3👎1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova “Azərbaycan markasının inkişaf dövrü” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio

❤2👍2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnkişaf Bankının bazar həlləri üzrə vitse-prezidenti cənab Barqav Dasqupta ilə görüş keçirib.
Görüşdə #AZCON Holding-ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələləri müzakirə edilib.
Eyni zamanda “Hökumət buludu”, hava nəqliyyatı, #metro, dəmir yolu və #avtomobil nəqliyyatı sahələri üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

❤4
“KOICA Azərbaycan Məzunlar Assosiasiyasının (#KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) dəstəyi, #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqlara #kiberqayğı” qrant layihəsi uğurla yekunlaşıb.
Ətraflı: https://bit.ly/46vQCwF
#RİNN
Ətraflı: https://bit.ly/46vQCwF
#RİNN
❤4
Qazaxıstanın Almatı şəhərində “Yeni İpək Yolu” VII Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistika potensialının reallaşdırılması forumun əsas müzakirə mövzuları olub.
Ətraflı: https://bit.ly/4gRKHpf

❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində yaradılan İnformasiya-#kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.
İclasda 2025-ci il üzrə Fəaliyyət Planına uyğun görülən işlər və həlli vacib məsələlər müzakirə edilib. Sahə üzrə aktual hesab edilən yeni 10 milli standart layihəsinin təsdiq olunması üçün Azərbaycan Standartlaşma İnstitutuna göndərilməsi qərara alınıb.
Ətraflı: http://bit.ly/4gW9l8j