mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Bu gün #rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İsrail, Belarus və İsveçrənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq #yükdaşıma və tranzit imkanlarının artırılması, həmçinin rəqəmsal #innovasiyalar, süni #intellekt, #kibertəhlükəsizlik və #peyk texnologiyaları üzrə birgə fəaliyyət perspektivləri müzakirə edilib.

Eyni zamanda peşəkar #kadr hazırlığı, təcrübə və bilik mübadiləsi, eləcə də təlim mərkəzlərinin yaradılması kimi təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə dəmir yolu və #avtomobil nəqliyyatı sahəsində ölkələrimiz arasındakı mövcud əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda #tranzit imkanlarının artırılması, infrastrukturun təkmilləşdirilməsi istiqamətində gələcək birgə fəaliyyət, logistika və nəqliyyat əməliyyatlarının təkmilləşdirilməsi, sərhəd-keçid məntəqələrində prosedurların sadələşdirilməsi, yük daşımalarının sürətləndirilməsi və əməliyyatların rəqəmsallaşdırılması kimi mövzular barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
“Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir”.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində qeyd olunub.
❤5
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında 17 oktyabr #Füzuli Şəhəri Günü kimi qeyd edilir.

Füzuli şəhəri bu gün yenidən qurulur və inkişaf edir.

#RİNN #FüzuliŞəhəriGünü
❤3
Parisdə keçirilən beynəlxalq tədbirdə Azərbaycanın #nəqliyyat sahəsindəki təcrübəsindən danışılıb.

Ətraflı: http://bit.ly/43qRkJt

#RİNN
❤3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 17 oktyabrda Zərdab şəhərində #Ağcabədi, #Ucar, #Göyçay, #Kürdəmir və #Zərdab rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤3
18 oktyabr xalqımızın azadlıq ruhunu və milli birliyini əks etdirən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günüdür.
 
Müstəqilliyimiz əbədi və sarsılmazdır.

#RİNN #MüstəqilliyinBərpasıGünü
❤5
❤3
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibə verib.

Dövlətimizin başçısı bildirib ki:

- Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir.

- 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.

- 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb.

- İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.

- Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.

- Gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühüm istiqamətidir.
❤3
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında 20 oktyabr #Zəngilan Şəhəri Günü kimi qeyd edilir.

Zəngilan şəhəri bu gün özünün yenidən qurulma və çiçəklənmə dövrünü yaşayır.

#RİNN #ZəngilanŞəhəriGünü
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (#ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev “ADY-nin 145 illik inkişaf yolu” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3