Parisdə keçirilən beynəlxalq tədbirdə Azərbaycanın #nəqliyyat sahəsindəki təcrübəsindən danışılıb.
Ətraflı: http://bit.ly/43qRkJt
#RİNN
Ətraflı: http://bit.ly/43qRkJt
#RİNN
❤3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 17 oktyabrda Zərdab şəhərində #Ağcabədi, #Ucar, #Göyçay, #Kürdəmir və #Zərdab rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
#RİNN #VətəndaşQəbulu

❤3
18 oktyabr xalqımızın azadlıq ruhunu və milli birliyini əks etdirən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günüdür.
Müstəqilliyimiz əbədi və sarsılmazdır.
#RİNN #MüstəqilliyinBərpasıGünü
Müstəqilliyimiz əbədi və sarsılmazdır.
#RİNN #MüstəqilliyinBərpasıGünü
❤5
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:
- Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir.
- 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.
- 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb.
- İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.
- Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.
- Gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühüm istiqamətidir.

Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında 20 oktyabr #Zəngilan Şəhəri Günü kimi qeyd edilir.
Zəngilan şəhəri bu gün özünün yenidən qurulma və çiçəklənmə dövrünü yaşayır.
#RİNN #ZəngilanŞəhəriGünü

❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (#ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev “ADY-nin 145 illik inkişaf yolu” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşüb. Görüşlər zamanı #innovasiya, #rəqəmsallaşma və informasiya-#kommunikasiya texnologiyaları (#İKT) sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Astana Hub” İnnovasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Tərəflər rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Nazir Rəşad Nəbiyevin Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə görüşündə isə rəqəmsal hökumət həlləri, süni #intellekt, #kibertəhlükəsizlik və #kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Astanaya səfər çərçivəsində Qazaxıstanın dövlət aktivlərinin idarə edilməsi məqsədilə təsis edilən “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib.
Görüş zamanı “Samruk-Kazyna” Holdinqi ilə AZCON Holding arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr, o cümlədən nəqliyyat-#logistika və #telekommunikasiya sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib.

Tehran şəhərində Azərbaycan və İran arasında mobil #rabitə şəbəkələrinin koordinasiyası üzrə görüş keçirilib.
Görüşdə Azərbaycan tərəfindən #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Dövlət Radiotezliklər İdarəsinin və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.
Ətraflı: http://bit.ly/47e16zO

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı çıxışında bildirib ki:
- Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir.
- Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər.
- Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP (The Trump route for international peace and prosperity) layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 2,740.7 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤4