Sofiyada keçirilən konfransda Bakı şəhərinin “#Rəqəmsal əkiz”i layihəsi təqdim olunub.
Ətraflı: https://bit.ly/3JJ30Rj
#RİNN
Ətraflı: https://bit.ly/3JJ30Rj
#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondunun nümayəndə heyətləri ilə görüş keçirib.
Görüş zamanı qonaqlara #AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planları barədə ətraflı məlumat verilib.
Xüsusilə #telekommunikasiya, #rəqəmsallaşma və nəqliyyat sahələrində #innovativ layihələrin maliyyələşdirilməsi, beynəlxalq maliyyə resurslarının cəlb olunması, eləcə də bu istiqamətlərdə investisiya təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda birgə əməkdaşlığın gücləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirib.
Görüş zamanı #AZCON Holding-ə daxil olan şirkətlərlə effektiv tərəfdaşlığın qurulması və layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə edilib.
Tərəflər, həmçinin gələcək əməkdaşlıq üçün imkanların araşdırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdə ölkəmizin təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib.
Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda son illər ərzində #rəqəmsallaşma sahəsində görülən işləri yüksək qiymətləndirdiyini vurğulayıb.

#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində #Zəfər Günü münasibətilə #qanvermə aksiyası keçirilib.
Ətraflı: https://bit.ly/3WH8HSE
#RİNN
Ətraflı: https://bit.ly/3WH8HSE
#RİNN
❤3
“Azərbaycan #Nəqliyyat və #Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs ölkəmizdə nəqliyyat və telekommunikasiya sahələrində daha çevik, səmərəli və əlaqələndirilmiş idarəetmə modelinə olan ehtiyaca cavab olaraq bir il əvvəl cənab Prezident İlham Əliyevin 7 noyabr 2024-cü il tarixli Fərmanı ilə yaradıldı.
Bu əlamətdar gün münasibətilə AZCON Holding komandasını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
#RİNN #AZCON

❤4👍1
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında 8 Noyabr #Şuşa Şəhəri Günü kimi qeyd edilir.
Bu gün Şuşa şəhəri öz dirçəliş dövrünü yaşayır.
#RİNN #ŞuşaŞəhəriGünü

❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zəfər Günü xalqımızın iradəsini, Ordumuzun qüdrətini və Vətən övladlarının qəhrəmanlığını bir daha təcəssüm etdirdiyi gündür.
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə əbədi sülh arzulayırıq!
#RİNN #ZəfərGünü
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə əbədi sülh arzulayırıq!
#RİNN #ZəfərGünü
❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Üçrəngli bayrağımız xalqımızın birlik və mübarizlik ruhunun rəmzidir.
9 Noyabr – #Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirik!
#RİNN #DövlətBayrağıGünü

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür.
Azərbaycan Respublikasının #Konstitusiya Günü xalqımızın azadlıq, ədalət və bərabərlik dəyərlərinin ifadə edildiyi gündür.
#RİNN #KonstitusiyaGünü

❤5
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşüb.
Görüş zamanı #AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Həmçinin ictimai nəqliyyat, #hava nəqliyyatı, #AZAL və Bakı #Gəmiqayırma Zavodu üzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdə özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

❤2
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:
- Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.
- 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.
- Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.
- Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. AZAL müntəzəm sərnişin reysləri - Bakı-Daşkənd-Bakı (həftədə 7 uçuş), Bakı-Səmərqənd-Bakı (həftədə 2 uçuş) və Bakı-Ürgənc-Bakı (həftədə 2 uçuş) həyata keçirir. Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə yetirir.

❤1