mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
“Azərpoçt” MMC 2023-cü ilin birinci yarımilliyi üzrə media əməkdaşları üçün brifinq keçirib.

Brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov “Azərpoçt” MMC-nin 2023-cü ilin birinci yarısında gördüyü işlər, eləcə də qurumun maliyyə vəziyyəti barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-də transformasiya prosesləri ilə yanaşı, “Postcargo”, “Retail”, “Logistika” kimi irihəcmli layihələrə də start verilib. Bundan əlavə, poçt operatorunun “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alması və nəticə etibarilə nağdsız poçt əməliyyatlarının aparılması ilə maliyyə şəffaflığının təmin olunmasındakı əhəmiyyəti də vurğulanıb.

Daha ətraflı məlumat: https://tinyurl.com/mr4x79be

#MDDTAzerbaijan #RİNNAzərbaycan #brifinq #Azərpoçt
👏7👍4
İyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günüdür.

Bu tarix BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il qeyd edilir. Məqsəd insan alverinin mahiyyəti barədə məlumatlılığın artırılmаsı, beynəlxalq ictimaiyyətin diqqətinin insan alveri qurbanlarının üzləşdiyi problemlərə yönəldilməsidir.

#humantraffickingawareness #İnsanalveri
👍7
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov Azərbaycanda rəqəmsal inkişaf istiqamətində görülən işlər haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #İRİA
👍11
1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman müstəqil Azərbaycanın ictimai-siyasi həyatında və yazı mədəniyyətimizin tarixində mühüm hadisə kimi yer alıb.

Ana dilimizi sevək və qoruyaq!

#1avqust #AzərbaycanDiliGünü
👍6
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 7 avqust 2023-cü il tarixində saat 10:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Daha ətraflı: https://tinyurl.com/y9hkf83z

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Vətəndaşqəbulu
👍9👏1
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib.

Daha ətraflı: https://tinyurl.com/ycka7cds

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA #nəqliyyat #Azparking
👍7