This media is not supported in your browser
VIEW IN TELEGRAM
Üçrəngli bayrağımız xalqımızın birlik və mübarizlik ruhunun rəmzidir.
9 Noyabr – #Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirik!
#RİNN #DövlətBayrağıGünü

❤6
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür.
Azərbaycan Respublikasının #Konstitusiya Günü xalqımızın azadlıq, ədalət və bərabərlik dəyərlərinin ifadə edildiyi gündür.
#RİNN #KonstitusiyaGünü

❤5
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşüb.
Görüş zamanı #AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Həmçinin ictimai nəqliyyat, #hava nəqliyyatı, #AZAL və Bakı #Gəmiqayırma Zavodu üzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdə özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
#RİNN

❤2
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:
- Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.
- 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.
- Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.
- Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. AZAL müntəzəm sərnişin reysləri - Bakı-Daşkənd-Bakı (həftədə 7 uçuş), Bakı-Səmərqənd-Bakı (həftədə 2 uçuş) və Bakı-Ürgənc-Bakı (həftədə 2 uçuş) həyata keçirir. Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə yetirir.

❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 13 noyabrda Beyləqan şəhərində #İmişli, #Saatlı, #Sabirabad, #Xocavənd və #Beyləqan rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
#RİNN #VətəndaşQəbulu

Prezident İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Dövlətimizin başçısı bildirib ki:
- Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük.
- Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır.
- Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir.

Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan “Smart icmal” – süni #intellekt əsaslı #xəbər buraxılışı artıq izləyicilərin ixtiyarındadır!
Aparıcımız #NaRİNN nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərinin icmalını sizinlə bölüşəcək.
“Smart icmal” vasitəsilə sektorda baş verən dəyişiklikləri, innovasiyaları və rəqəmsal transformasiyanın əsas məqamlarını daha dinamik, müasir və texnoloji formatda izləmək imkanı qazanacaqsınız.
#RİNN #Smartİcmal #Süniİntellekt

👍2❤1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində “#Konstitusiya və #Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib.
Ətraflı: https://bit.ly/4ozsxLS
#RİNN
Ətraflı: https://bit.ly/4ozsxLS
#RİNN
❤2
Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf nazirinin müavini Dosjan Musaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Qonaqlar əvvəlcə Azərbaycan #Kibertəhlükəsizlik Mərkəzi ilə tanış olublar. Onlara mərkəzin fəaliyyəti, tədris proqramları barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Elektron Təhlükəsizlik Xidmətində də olub. Görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qonaqlar daha sonra #Rəqəmsal #İnkişaf və #Nəqliyyat Nazirliyində olublar. Nazir müavini Samir Məmmədovla görüşdə Azərbaycanda kibermərkəzlərin təşkili və fəaliyyət prinsipi barədə məlumat verilib. Qazaxıstan tərəfi Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

❤3