mincom.gov.az
✔
521 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Elmin Məmmədov Beynəlxalq Əmək Təşkilatının (#BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ofisinin direktoru Mixail Puşkin ilə görüş keçirib.

Ətraflı: https://bit.ly/4p9dEQW

#RİNN
❤3
Media is too big
VIEW IN TELEGRAM
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) çərçivəsində bir sıra ölkələr sosial tədbirlər təşkil edib. Bu format nümayəndə heyətlərinə Beynəlxalq #Telekommunikasiya İttifaqı Şurasına keçiriləcək seçkilərdə dəstək qazanmaq üçün öz təşəbbüslərini təqdim etmək imkanı verib.

Sosial tədbirlər, həmçinin konfrans iştirakçıları arasında qeyri-rəsmi ünsiyyət və əməkdaşlığın güclənməsinə şərait yaradıb.

#RİNN #WTDC25
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı üçün hesabatlılıq və şəffaflığın təmin olunmasına, eləcə də dövlət qulluqçularının etik davranış qaydalarına dair təlim təşkil olunub.

Ətraflı: https://bit.ly/3Xk8rt5

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən #Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib.

Nazir çıxışı zamanı qeyd edib ki, iri #dəhliz layihələrində əsas maneələr sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlıqlarıdır.

Rəşad Nəbiyev Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası sayəsində etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğulayıb.

O, həmçinin #Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini bildirib.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionlarının nəqliyyat nazirlərinin görüşündə iştirak edib.

Görüşdə çıxış edən nazir bildirib ki, regional nəqliyyat dəhlizləri təkcə ticarət yolları deyil, eyni zamanda iqtisadi rifahın, davamlı inkişafın və uzunmüddətli sülhün əsasını təşkil edir.

Rəşad Nəbiyev dəmir yolları, limanlar və avtomobil yolları daxil olmaqla fiziki infrastrukturun modernləşdirilməsinin, gömrük prosedurlarının sadələşdirilməsinin və rəqəmsal infrastrukturun inkişaf etdirilməsinin Azərbaycanın prioritetləri olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində regionun daha dayanıqlı, rəqabətqabiliyyətli və əlaqəli olmasını təmin etməyi hədəflədiyini vurğulayıb.

#RİNN
❤3
Media is too big
VIEW IN TELEGRAM
“Azərbaycanla Braziliya arasında #rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar var. Konkret sahələr üzrə Anlaşma Memorandumu imzalamağı nəzərdən keçirə bilərik”.

Bu fikirləri Braziliya Milli #Telekommunikasiya Agentliyinin (#ANATEL) İstehlakçılarla İş Bürosunun rəhbəri Kristina Kamarate səsləndirib.

#RİNN #WTDC25
❤3
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) beynəlxalq siyasətçiləri, nazirləri və rəqəmsal liderləri Bakıda bir araya gətirərək ölkələrin daha təhlükəsiz, inklüziv və dayanıqlı rəqəmsal gələcək qurmaq yollarını müzakirə edib.

Bu barədə “#Euronews” telekanalının veb-saytında dərc olunan materialda bildirilib: https://www.euronews.com/business/2025/11/27/wtdc-25-in-baku-spotlights-digital-inclusion-and-global-cooperation

“2500-dən çox iştirakçının qatıldığı tədbir BTİ-nin inkişaf konfransları üzrə rekorda imza atıb və Azərbaycanı əsas #rəqəmsal tərəfdaş ölkə kimi təqdim edib. Liderlər rəqəmsal uçurumun aradan qaldırılmasında əlçatanlıq, dayanıqlıq və qlobal əməkdaşlığın vacibliyini vurğulayıblar”, – telekanal qeyd edib.

Ətraflı: https://bit.ly/4omlDbZ

#RİNN #WTDC25
❤3
Beynəlxalq #Telekommunikasiya İttifaqına (#BTİ) üzv ölkələr dünya üzrə hər kəsin internetə çıxışını təmin etmək məqsədini daşıyan yol xəritəsi üzrə razılığa gəliblər. Bu barədə qərar bu gün Bakıda başa çatan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (#WTDC-25) qəbul edilib.

İkihəftəlik tədbir BTİ və Azərbaycan Respublikasının #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilib. MDB regionunda ilk dəfə Azərbaycanda təşkil olunan konfrans regional və beynəlxalq rəqəmsal inkişaf strategiyalarının müzakirəsinə imkan yaradıb.

Ətraflı: https://bit.ly/43XXz85

#RİNN #WTDC25
❤3
Media is too big
VIEW IN TELEGRAM
Bakının ev sahibliyi etdiyi Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) başa çatıb.

#RİNN #WTDC25
❤3