mincom.gov.az
✔
521 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
❤3
mincom.gov.az
Photo
6 dekabr – #Rabitə və #informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində tədbir keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxışında Azərbaycan rabitəsinin 144 illik zəngin tarixinə nəzər salıb. O, eyni zamanda texnoloji inkişafın yeni mərhələsindən, ölkədə #internet infrastrukturunun, elektron xidmətlərin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan söz açıb.

Nazir müavini əldə olunan nailiyyətlərdə əməkdaşların böyük əməyi olduğunu vurğulayıb və sahə işçilərini təbrik edib.

Sonra peşə bayramı və ölkəmizdə #telefon rabitəsinin yaradılmasının 144 illiyi ilə əlaqədar RİNN tərəfindən “Rabitə ustası” adına və Fəxri Fərmana layiq görülən əməkdaşlar təltif olunublar.

#RİNN
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
6 dekabr – #Rabitə və #informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə həmkarlarımızı təbrik edir, ölkəmizin #rəqəmsal inkişafı istiqamətində fəaliyyətlərində uğurlar arzulayırıq!

#RİNN
❤4
6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib.

Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

#RİNN
❤5
17-28 noyabr tarixlərində Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) uğurlu nəticələrlə yadda qalıb.

Tədbir iştirakçı sayı və yüksəksəviyyəli qonaqların iştirakı baxımından əvvəlki illərin nəticələrini üstələyərək rekord qırıb.

Ətraflı: https://bit.ly/3Y0kKLH

#RİNN #WTDC25
❤4👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli “#İnnovasiya ekosistemində son yeniliklər” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤2
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı çıxışında bildirib ki:

- İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin.

- Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

- Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik.

- Beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik.
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfəri çərçivəsində “Intel” şirkətinin vitse-prezidenti Sara Kemp ilə görüş keçirib.

Görüşdə süni #intellekt və yüksək performanslı hesablama infrastrukturu, “ağıllı” #mobillik və bu sahələrdə milli #kadr hazırlığı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

İnsan kapitalının inkişafı istiqamətində təlim proqramlarına dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda ölkəmizin prioritet sektorlar üzrə birgə investisiyanın və tətbiqi həllərin araşdırılmasına hazır olduğu bildirilib.

#RİNN
❤3