mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın qabaqcıl #İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı ölkəmizdə İKT sahəsinin inkişafı, prioritet istiqamətlər və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda şirkətlərin fəaliyyətində qarşılaşdıqları əsas çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə infrastruktur direktoru Çarlz Kormier ilə görüş keçirib.

Görüş zamanı AZCON Holding-ə aid qurumlarla həyata keçirilən layihələrin icrasında Dünya Bankının iştirak imkanları müzakirə edilib.

Xüsusilə Orta Dəhliz, limanın ikinci fazasının tikintisi və şəhər nəqliyyatı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
Bakı şəhərində və ətraf ərazilərdə #nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının 2025-ci il üzrə icrasına həsr olunan dəyirmi masa keçirilib.

Ətraflı: https://mincom.gov.az/az/media/xeberler/baki-seherinde-ve-etraf-erazilerde-neqliyyat-infrastrukturunun-tekmillesdirilmesine-dair-dovlet-proqraminin-2025-ci-il-uzre-icrasina-hesr-olunan-deyirmi-masa-kecirilib

#RİNN
❤2
Media is too big
VIEW IN TELEGRAM
“Bakı şəhərində və ətraf ərazilərdə #nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə yol infrastrukturu, ictimai nəqliyyat, dəmir yolu və #metro sahələrində görülən işlər və əldə olunan nəticələr təqdim olunub.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma həyata keçirən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı beynəlxalq daşımalar sahəsində mövcud vəziyyət, daşıyıcıların beynəlxalq bazarlarda iştirakının artırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda daşıyıcıların təklifləri dinlənilib və fəaliyyətin daha səmərəli təşkili istiqamətində atılacaq addımlar müzakirə edilib.

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov Çad Respublikasının rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri Boukar Mişel ilə görüşüb.
 
Görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələr, xüsusilə “mygov” platforması, SİMA rəqəmsal imza sistemi barədə məlumat verilib. Azərbaycanın rəqəmsal inkişaf təcrübəsinin Çadda tətbiqi imkanları nəzərdən keçirilib.

Ətraflı: https://mincom.gov.az/az/media/xeberler/rinn-de-cadin-rabite-reqemsal-iqtisadiyyat-ve-reqemsallasma-naziri-boukar-misel-ile-gorus-kecirilib

#RİNN
❤2