Fransada Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Korporativ Tərəfdaşlıq Şurası Həftəsi keçirilib. Açılış tədbirində çıxış edən BNF-nin Baş katibi Yunq Ta Kim dayanıqlı nəqliyyat sistemlərinin formalaşmasında tərəfdaşlığın həlledici rolundan danışıb. Azərbaycanın Foruma prezidentlik dövründə daha yaxşı əlaqələndirilmiş dünyaya töhfə vermək istədiyini yüksək qiymətləndirib.
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin Parisə ezam olunan nümayəndəsi Əliş İsmayılov qeyd edib ki, müasir dövrdə dayanıqlı nəqliyyat həm infrastruktura, həm də idarəetmə, koordinasiya, məlumat və etimada əsaslanır. O, ölkəmizdə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətindən də danışıb. Nəqliyyatı Əlaqələndirmə və Tranzit Yükdaşımalar üzrə Koordinasiya şuralarının, AZCON Holding-in yaradılmasının bu baxımdan mühüm mexanizm olduğunu vurğulayıb.
Ətraflı: https://mincom.gov.az/az/media/xeberler/azerbaycan-beynelxalq-neqliyyat-forumu-cercivesinde-kecirilen-tedbirde-neqliyyat-sahesindeki-tecrubesini-bolusub
#RİNN

❤2👍1
Parisdə Beynəlxalq #Nəqliyyat Forumunun Nəqliyyatı İdarəetmə Şurasının fövqəladə sessiyası keçirilib. Beynəlxalq Nəqliyyat Forumu (BNF) Azərbaycanın sözügedən tədbirə sədrliyini yüksək qiymətləndirib.
İclasdan sonra BNF-nin sosial media hesabında paylaşılan açıqlamada iclasın uğurla idarə olunmasına və müzakirələrin səmərəli şəkildə yönləndirilməsinə görə Azərbaycana xüsusi minnətdarlıq ifadə edilib.
Ətraflı: https://bit.ly/45IzFhH

❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində Baş nazirin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə Anlaşma Memorandumu imzalanıb. Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Daha sonra sənədin gələcək icra mexanizmləri müzakirə olunub.
Görüşdə, həmçinin #kibertəhlükəsizlik, #rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev #startap nümayəndələri ilə görüş keçirib.
Görüşdə ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Eyni zamanda #innovativ təşəbbüslərin təşviqi üçün irəli sürülən təkliflər nəzərdən keçirilib və dövlətin bu prosesdə göstərə biləcəyi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Küveytdə #Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyası keçirilib. Tədbirdə ölkəmiz rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Baş Assambleya çərçivəsində süni intellektə dair dəyirmi masa müzakirələrində çıxış edən nazir müavini Samir Məmmədov ölkəmizdə süni #intellekt sahəsində həyata keçirilən tədbir və layihələrdən danışıb. O, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanın Süni İntellekt Strategiyası 2025 – 2028”, Rəqəmsal İnkişaf Strategiyası, Süni İntellekt Akademiyası, eləcə də Azərbaycanın rəqəmsal məhsul və həlləri (mygov, SİMA, Digital Bridge və s.) barədə ətraflı məlumat verib.
Ətraflı: https://bit.ly/3M8XM2y

❤3
Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Həftəsi çərçivəsində keçirilən plenar sessiyada iştirak edib.
“#Transxəzər #nəqliyyat dəhlizi və regional iqtisadi bağlantılar” mövzusuna həsr olunan tədbirdə Orta Dəhlizin artan strateji əhəmiyyəti və ölkəmizin bu marşrutun inkişafındakı aparıcı rolu diqqətə çatdırılıb.
Ətraflı: https://bit.ly/4rEF9CK

#Rəqəmsal dövrdə internetdən təhlükəsiz və məsuliyyətli istifadə vacibdir.
Beynəlxalq Təhlükəsiz #İnternet Gününün keçirilməsində əsas məqsəd şəxsi məlumatların qorunması və rəqəmsal savadlılığın artırılması istiqamətində tədbirlərin təşviqi, istifadəçilərin təhlükəsiz onlayn davranış vərdişlərinin formalaşdırılması və rəqəmsal mühitdə məsuliyyətli iştirakın gücləndirilməsidir.
#RİNN #BeynəlxalqTəhlükəsizİnternetGünü

❤1