mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 13 fevral tarixində Salyan şəhərində #Hacıqabul, #Salyan, #Neftçala rayonları və #Şirvan şəhərinin sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤2
❤2
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Azərbaycan telekanallarına müsahibə verib.

Dövlətimizin başçısı bildirib ki:

- Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt – yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır.

- Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik.

- Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturumuzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, - hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, - o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir.
❤2
❤1
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibə verib.

Dövlətimizin başçısı bildirib ki:

- Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trampın adını daşıyır. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur.

- Hazırda Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etməkdə olduğu dəmir yolu təxminən 400 kilometrdir. Üstəlik demək olar ki, 200 kilometrlik hissə bizim Naxçıvan eksklavında bərpa olunacaq. Beləliklə, bizim adlandırdığımız kimi, Zəngəzur dəhlizinin Ermənistan seqmenti çox qısadır. Əminəm ki, bu, həyata keçiriləcək.
❤1
❤3
mincom.gov.az
Photo
Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələr keçirilib.

Dövlətimizin başçısı müzakirələrdə iştirak edərək bildirib ki:

- Azərbaycan fiziki infrastruktura, o cümlədən dəniz limanları, dəmir yolları, magistral və hava yolları ilə yüklərin daşınmasına böyük sərmayələr yatırıb.

- Ötən il biz Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə etdik. Bir neçə ildən sonra həmin göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir. Biz bu məqsədlə artıq dəniz limanımızın genişləndirilməsinə başlamışıq və hazırda orada sərmayələr yatırılır.

- Azərbaycan ərazisində - ölkəmizin əsas hissəsi və eksklav Naxçıvanda çəkiləcək və bərpa olunacaq dəmir yolunun tam uzunluğu 600 kilometrdir. Ermənistanda həmin yolun uzunluğu 40 kilometrdən bir az çoxdur. Çəkilən kimi biz Azərbaycan vasitəsilə Orta Dəhlizin iki hissəsinə malik olacağıq. Bu, Qərb ilə Şərq üçün faydalı olacaq və təbii ki, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcək.

- Yeni bağlantıların yaradılmasında mühüm rol oynayacaq “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” tamamilə yeni vəziyyət yaradacaq. Çünki qeyd etdiyim kimi, Çindən başlayan daşımalar Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, eksklav Naxçıvan, Türkiyə və sonra Avropanı əhatə edəcək.
❤3👍1
Yerli daşıyıcıların fəaliyyət imkanlarının genişləndirilməsi, onların bazara çıxışının təşviqi və rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində daşımalarda istifadə olunan #nəqliyyat vasitələri parkını genişləndirir, müasir və standartlara uyğun nəqliyyat vasitələrini istismara verir və “İcazə” blanklarına çıxış mexanizmini sadələşdiririk.

Məqsədimiz #avtomobil ilə yük daşımalarında iqtisadi səmərəliliyi təmin etmək və ölkənin logistika potensialını genişləndirməkdir.

#RİNN #AYNA
❤3👍1
Parisdə Beynəlxalq Nəqliyyat Forumu (#BNF) çərçivəsində Yol Nəqliyyatı Qrupunun iclası keçirilib. Tədbirdə ölkəmizi #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri təmsil ediblər.

Azərbaycan nümayəndə heyəti bildirib ki, çoxtərəfli kvota sisteminin coğrafi baxımdan genişləndirilməsi beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi, daşımaların səmərəliliyinin artırılması və icazələrin daha məhsuldar istifadə olunması üçün strateji əhəmiyyət daşıyır. Bu dəyişiklik regionlararası yükdaşımaları daha da asanlaşdıracaq, nəqliyyat dəhlizlərinin səmərəliliyini artıracaq və qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirəcək.

Ətraflı: https://bit.ly/46WPyl3

#RİNN
❤4👍1
22 fevral #avtomobil yolları işçilərinin peşə bayramı günüdür.

Ölkəmizin #yol infrastrukturunun inkişafına, eləcə də vətəndaşların təhlükəsiz və rahat hərəkətinə töhfə verən avtomobil yolları işçilərini peşə bayramları münasibətilə təbrik edirik!

#RİNN #AvtomobilYollarıİşçilərininPeşəBayramı
❤2
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ “#mygov” platformasının vətəndaşlara təqdim etdiyi imkanlar;
✅ “5000 yeni sürücü” layihəsi;
✅ 100 yeni #kibertəhlükəsizlik mütəxəssisinin hazırlanması

və digər yeniliklər barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤2👏1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev dördüncü “#Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Abdullazadə və Salman Babazadə ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib.

Görüşdə qaliblərlə mentorluq dövründə fərdi inkişaf istiqamətləri və peşəkar bacarıqlarının artırılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Onların karyera perspektivləri, idarəetmə səriştələrinin təkmilləşdirilməsi və #innovativ layihələrdə fəal iştirak imkanları müzakirə olunub.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib. Bununla bağlı yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Eyni zamanda çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2👍1
2026-cı ilin yanvar ayında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,0% artaraq 316.1 milyon manat təşkil edib.

#RİNN
❤2👏2
2026-cı ilin yanvar ayında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,1% artaraq 1,160.2 milyon manat təşkil edib.

#RİNN
❤3👏1
#Xocalı soyqırımından 34 il ötür.
 
Faciə qurbanlarının xatirəsini ehtiramla yad edirik.

#RİNN #XocalıSoyqırımı
🙏4❤1