mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Azərkosmosun İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova 2-6 oktyabr tarixində ölkəmizdə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıq mərhələsində görülən işlər haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #Azercosmos #Azərkosmos #IAC2023
👍9
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Tərlan Səfərov parklanmanın idarə olunması haqqında danışacaq.

Yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #AYNA #nəqliyyat
👍9
Media is too big
VIEW IN TELEGRAM
“Fәrdi mәlumatların informasiya ehtiyatlarının formalaşdırılması vә informasiya sistemlәrinin yaradılması, onlara xidmәtlәrin göstәrilmәsi” fәaliyyәti qanunvericiliyə uyğun olaraq yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

Müvafiq lisenziyanın əldə edilməsi üçün müraciət prosesi barədə video təlimat hazırlanıb.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #certaz #ETX
👍8
25 avqust 1993-cü ildə “az” milli domeni istifadəyə verilib,
“az” şərti işarəsi Azərbaycan Respublikasına mənsub olmaqla yüksək səviyyəli ölkə kodudur.

Artıq 30 ildir ki, bu domen qlobal internet şəbəkəsində ölkəmizə məxsus milli seqmenti əks etdirir.

#MDDTAzerbaijan #RİNNAzərbaycan
👍12
Media is too big
VIEW IN TELEGRAM
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Humanizm, xeyirxahlıq və tolerantlıq Mehriban xanımın çoxşaxəli fəaliyyətinin təməl dəyərləridir.

Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayırıq.
❤13💯2
26 avqust Laçın Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

Qürurvericidir ki, hazırda doğma sakinləri Laçına qayıdışın sevincini yaşayırlar.
👍11
1 sentyabrda Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadasının açılış mərasimi olub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bu olimpiadanın nazirliyin dəstək verdiyi və uğurlu nəticələrinə etimad göstərdiyi tədbirlərdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, 3 sentyabra kimi davam edəcək olimpiadada qalib olacaq komandalar cari ilin 7-9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

Daha ətraflı məlumat: https://tinyurl.com/36467nfa

#MDDTAzerbaijan #RİNNAzərbaycan
👏6👍4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal səriştələrin inkişafı departamentinin rəhbəri Fatimə Ələkbərova İKT sahəsində kadr potensialının artırılması haqqında danışacaq.

Yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #IDDA #İRİA #Technest
👍8
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 11 sentyabr 2023-cü il tarixində saat 10:00-da Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lerik, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad və Astara rayonlarının sakinlərini qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Daha ətraflı: http://tinyurl.com/4dvcnatm

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍6
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüş keçirib.

Daha ətraflı: http://tinyurl.com/3e8e7t8n

#MDDTAzerbaijan #RİNNAzərbaycan #WorldBank #İKT
👍12
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daha ətraflı: https://tinyurl.com/bdh6xnmb

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ICIEC #İKT
👍7
Daha bir aşağıbüdcəli aviaşirkət Azərbaycana uçuş həyata keçirəcək.

Daha ətraflı: https://tinyurl.com/2p8s7wys

#MDDTAzerbaijan #RİNNAzərbaycan #aviasiya #GeorgianWings
👍12🔥1
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.

Daha ətraflı: https://tinyurl.com/bde8uvu2

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İKT
👍12