mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Parisdə Beynəlxalq Nəqliyyat Forumu (#BNF) çərçivəsində Yol Nəqliyyatı Qrupunun iclası keçirilib. Tədbirdə ölkəmizi #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri təmsil ediblər.

Azərbaycan nümayəndə heyəti bildirib ki, çoxtərəfli kvota sisteminin coğrafi baxımdan genişləndirilməsi beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi, daşımaların səmərəliliyinin artırılması və icazələrin daha məhsuldar istifadə olunması üçün strateji əhəmiyyət daşıyır. Bu dəyişiklik regionlararası yükdaşımaları daha da asanlaşdıracaq, nəqliyyat dəhlizlərinin səmərəliliyini artıracaq və qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirəcək.

Ətraflı: https://bit.ly/46WPyl3

#RİNN
❤4👍1
22 fevral #avtomobil yolları işçilərinin peşə bayramı günüdür.

Ölkəmizin #yol infrastrukturunun inkişafına, eləcə də vətəndaşların təhlükəsiz və rahat hərəkətinə töhfə verən avtomobil yolları işçilərini peşə bayramları münasibətilə təbrik edirik!

#RİNN #AvtomobilYollarıİşçilərininPeşəBayramı
❤2
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ “#mygov” platformasının vətəndaşlara təqdim etdiyi imkanlar;
✅ “5000 yeni sürücü” layihəsi;
✅ 100 yeni #kibertəhlükəsizlik mütəxəssisinin hazırlanması

və digər yeniliklər barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤2👏1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev dördüncü “#Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Abdullazadə və Salman Babazadə ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib.

Görüşdə qaliblərlə mentorluq dövründə fərdi inkişaf istiqamətləri və peşəkar bacarıqlarının artırılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Onların karyera perspektivləri, idarəetmə səriştələrinin təkmilləşdirilməsi və #innovativ layihələrdə fəal iştirak imkanları müzakirə olunub.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib. Bununla bağlı yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Eyni zamanda çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2👍1
2026-cı ilin yanvar ayında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,0% artaraq 316.1 milyon manat təşkil edib.

#RİNN
❤2👏2
2026-cı ilin yanvar ayında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,1% artaraq 1,160.2 milyon manat təşkil edib.

#RİNN
❤3👏1
#Xocalı soyqırımından 34 il ötür.
 
Faciə qurbanlarının xatirəsini ehtiramla yad edirik.

#RİNN #XocalıSoyqırımı
🙏4❤1
#Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

Nazirliyin kollektivi faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək Xocalı soyqırımı abidəsinin önünə güllər düzüb.

#RİNN
❤5🙏2
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə səfərlərin təşkili;
✅ Azərbaycanın internet istifadəçiləri üçün vacib yenilik;
✅ Kart məlumatlarının təhlükəsizliyi

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤4👏1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Londonda Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində süni #intellekt, #kibertəhlükəsizlik və texnologiya istiqamətlərində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Eyni zamanda fiziki və rəqəmsal bağlantıların genişləndirilməsi, süni intellekt əsaslı data mərkəzlərinə sərmayə imkanları, rəqabətədavamlı enerji resursları, nəqliyyat infrastrukturunun inkişafı, Böyük Britaniya universitetləri ilə birgə kadr hazırlığı proqramlarının həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#RİNN
❤2👍1👏1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın İxrac maliyyələşdirilməsi üzrə dövlət agentliyinin baş icraçı direktoru Tim Rid ilə görüş keçirib.

Görüşdə Azərbaycanda nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahəsində aparılan transformasiya barədə məlumat verilib. Bu sahədə Birləşmiş Krallıqla strateji tərəfdaşlıq imkanları müzakirə edilib.

#RİNN
❤3👍1👎1