mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın İxrac maliyyələşdirilməsi üzrə dövlət agentliyinin baş icraçı direktoru Tim Rid ilə görüş keçirib.

Görüşdə Azərbaycanda nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahəsində aparılan transformasiya barədə məlumat verilib. Bu sahədə Birləşmiş Krallıqla strateji tərəfdaşlıq imkanları müzakirə edilib.

#RİNN
❤3👍1👎1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində süni #intellekt infrastrukturu və xidmətləri sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti Filip Saks və icraçı direktoru Fabio Fregi ilə görüş keçirib.

Görüşdə Azərbaycanın süni intellekt və rəqəmsal infrastruktur sahəsində regional mərkəzə çevrilmək məqsədilə milli strategiya həyata keçirdiyi və bu vizyonu dəstəkləmək üçün dünya səviyyəli texnologiya tərəfdaşları ilə əməkdaşlıq etdiyi vurğulanıb.

“Nscale”in data mərkəzləri və süni intellekt xidmətləri üzrə təcrübəsi çərçivəsində Azərbaycanla birgə investisiya, layihələr, texnoloji və kadr hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

#RİNN
❤1👍1👎1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın ticarət naziri Ser Kris Brayant ilə görüş keçirib. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud strateji tərəfdaşlığın daha da gücləndirilməsi, süni #intellekt, #kibertəhlükəsizlik və rəqəmsal #texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Böyük Britaniya investorları Azərbaycanda süni intellekt üzrə data mərkəzlərinin yaradılmasında iştiraka dəvət olunub. Eyni zamanda #metro, dəmir yolu, #dəniz və hava nəqliyyatı, eləcə də #telekommunikasiya sahələrində həyata keçirilən iri infrastruktur layihələri üzrə Böyük Britaniyanın investisiya, mühəndislik və maliyyə dəstəyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
👍2❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü, aviasiya, #dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazir Kir Meyzer ilə görüş keçirib.

Görüşdə Azərbaycanın #tranzit potensialı, şəhər daxilində nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Bakı Metropoliteni, dəmir yolu layihələri barədə məlumat verilib.

Həmçinin rəqəmsal nəqliyyat sistemləri, süni #intellekt əsasında yaradılan “Rəqəmsal Nəqliyyat Əkizi” və Böyük Britaniya ilə hava əlaqələrinin genişləndirilməsi, uçuşların sayının artırılması imkanları müzakirə edilib.

#RİNN
❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Davosda “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Həmçinin rəqəmsal infrastruktur, süni #intellekt ekosistemi, regional məlumat mərkəzinin qurulması və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 17 mart 2026-cı il tarixində saat 09:30-da Qobustan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 16 mart 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində rəqəmsal identifikasiya, elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti “Entrust”ın nümayəndələri ilə görüş keçirib.
 
Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni #intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və #kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verilib. “Entrust” ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
 
Sonda “Entrust” və “AzInTelecom” arasında əməkdaşlığa dair memorandum imzalanıb.

#RİNN
❤3👍1💩1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın elm, #innovasiya və texnologiyalar nazirinin müavini Baroness Lloydilə görüş keçirib.
 
Görüşdə Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi, xüsusilə süni #intellekt, #kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
 
Eyni zamanda Böyük Britaniya universitetləri ilə birgə proqramlar, təqaüdlər və rəqəmsal akademiyalar vasitəsilə insan kapitalının inkişafı, eləcə də süni intellekt üzrə data mərkəzlərinə investisiya istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya sahəsində fəaliyyət göstərən diaspor üzvləri və təhsil alan tələbələrlə görüş keçirib.
 
Görüş zamanı Azərbaycanın rəqəmsal və süni intellekt əsaslı transformasiya mərhələsinə qədəm qoyduğu vurğulanıb, bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verilib.
 
Genişmiqyaslı #rəqəmsallaşma, insan kapitalına yatırımlar və 2026 – 2028-ci illər üçün təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində əsas hədəfin Azərbaycanın regionun etibarlı rəqəmsal mərkəzinə çevrilməsi olduğu qeyd edilib.
 
Eyni zamanda diaspor nümayəndələri bilik və təcrübə mübadiləsinə, birgə layihələrə və texnoloji diplomatiya istiqamətində daha fəal əməkdaşlığa dəvət edilib.

#RİNN
❤3👍2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Oracle” şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə “Oracle” arasında rəqəmsal transformasiya, süni #intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin Azərbaycanda suveren “bulud” həlləri, süni intellekt imkanları, Bakıda “Oracle” Mükəmməllik Mərkəzinin yaradılması və Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2👍1