Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.
Budəfəki buraxılışda:
✅ Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə nümunə kimi təqdim olunması;
✅ “e-Sosial” mobil tətbiqi üzərindən göstərilən #rəqəmsal xidmətlərin “mygov” platformasına tam inteqrasiya edilməsi;
✅ Fərdi avtomobil istifadəsinin yaratdığı tıxac və vaxt itkisi fonunda yaşıl avtobusların “ağıllı seçim” modelini təqdim etməsi
və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.
#RİNN #NaRİNN

❤4
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının iclası keçirilir. Tədbirdə Azərbaycan #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Şuranın iclasında Bakıda keçirilmiş Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) hesabatı, bu il təşkil olunacaq BTİ-nin Səlahiyyətli Konfransına, həmçinin 2027-ci ildə nəzərdə tutulan Ümumdünya Radiorabitə Konfransına və Radiorabitə Assambleyasına hazırlıq müzakirə edilib. 2028 – 2031-ci illər üzrə Strateji və Maliyyə Planı və digər məsələlər də diqqət mərkəzində olub.
Ətraflı: https://bit.ly/3Owy8pJ
#RİNN

#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi və qurumlarının əməkdaşları #KüləyəQalibGəl şüarı altında keçirilən #BakıMarafonu2026|da uğurla iştirak ediblər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə doqquzuncu dəfə təşkil olunan marafonun məqsədi ölkəmizdə idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etməkdir.
#RİNN #bakumarathon2026 #winthewind

❤3
Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edərək bildirib ki:
- Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb.
- Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək.

❤1
Mayın 6-da Almaniyanın Leypsiq şəhərində Azərbaycanın prezidentliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Sammiti işə başlayıb.
Builki sammit “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna həsr edilib. İqlim dəyişikliyi, urbanizasiya və texnoloji yeniliklər fonunda bu mövzu böyük əhəmiyyət daşıyır.
Ətraflı: https://bit.ly/4esPqP3

❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüş keçirib.
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək.

❤3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İcraçı katibi Tatyana Molcean ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə UNECE arasında nəqliyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Regional bağlantıların gücləndirilməsi, rəqəmsal transformasiya və normativ uyğunlaşdırma istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Leypsiq şəhərində Almaniyanın nəqliyyat naziri Patrik Şnayderlə görüş keçirib.
Görüş zamanı ölkələrimiz arasında nəqliyyat sahəsində, xüsusilə avtomobil və hava daşımalarında mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyada Monqolustanın yol və nəqliyyat naziri Borxu Delgersaixan ilə görüş keçirib.
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə avtomobil və hava daşımaları üzrə mövcud imkanların artırılması məsələləri müzakirə olunub.
“Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanıb. Bu sənəd iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək, aviaşirkətlər arasında səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq və uçuşların həyata keçirilməsi üçün möhkəm müqavilə – hüquqi baza formalaşdıracaq.

👍2❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnfrastruktur İnvestisiya Bankının baş direktoru xanım Syaohon Yan ilə görüş keçirib.
Görüş zamanı nəqliyyat sistemlərinin uzunmüddətli davamlılığı, çevikliyi və dayanıqlılığının təmin olunması üçün investisiya yanaşmaları müzakirə edilib.
Bankla tərəfdaşlıq çərçivəsində layihələr üzrə əldə olunan maliyyələşmə, eləcə də yeni təşəbbüslər üzrə texniki və maliyyə imkanlarının araşdırılması və gələcək mərhələlərdə nəzərdə tutulan investisiya perspektivləri barədə fikir mübadiləsi aparılıb.