#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində BMT-nin İnsan Məskunlaşmaları Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə UN-Habitat arasında inkişaf edən tərəfdaşlıq və xüsusilə COP29 çərçivəsində birgə təşkil olunan Nazirlər görüşü fonunda şəhər inkişafı və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (#WUF13) çərçivəsində hazırlıq işləri və bu tədbirin qlobal şəhər gündəliyinə verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın şəhərsalma və nəqliyyat sahəsində həyata keçirdiyi transformasiya proqramları, o cümlədən dayanıqlı #mobillik, rəqəmsal şəhər idarəçiliyi, ictimai nəqliyyatın genişləndirilməsi və inklüziv şəhər mühitinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib.
#RİNN

❤2👍1
“Azərbaycan Beynəlxalq #Nəqliyyat Forumuna sədrliyi dövründə təşkilatın fəaliyyətinə böyük töhfələr verib. Uğurlu əməkdaşlıq həyata keçirilib, #BNF Azərbaycan hökuməti tərəfindən fəal şəkildə dəstəklənib”.
Bu fikirləri Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yonq Te Kim Leypsiq sammiti çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.

❤2
“Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür. Azərbaycanın fəallığı olmasaydı, biz tədbiri bu səviyyədə təşkil edə bilməzdik. Ölkələrimiz qarşılıqlı investisiyalar, infrastruktur, #nəqliyyat əlaqələri və #yükdaşımalar sahəsində sıx əməkdaşlıq edə bilər. Bu məqamlar hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Çex Respublikası dəmir yolları sahəsində böyük təcrübəyə malikdir. Sizin ölkəniz isə #rəqəmsallaşma sahəsində ciddi işlər görüb. Məhz bu səbəbdən inanıram ki, biz uğur qazanacağıq”.
Bu fikirləri Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik Azərbaycan mediasına müsahibəsində səsləndirib.

Almaniyanın Leypsiq şəhərində Azərbaycanın Prezidentliyi ilə Beynəlxalq #Nəqliyyat Forumunun (#BNF) Sammiti davam edir.
Tədbirin ikinci günündə #rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə Nəqliyyat Nazirləri Şurasının 18-ci iclası keçirilib.
Şuranın iclasından sonra nazirlərin rəsmi #mətbuat konfransı təşkil olunub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müzakirələrin nəticələri və qəbul edilən qərarlar barədə məlumat verib.
Leypsiq şəhərində “İnkişafın sütunları – idarəetmə, #innovasiya və əməkdaşlıq” mövzusunda nazirlərin açıq görüşü də təşkil olunub.
BNF Sammitinin ikinci günündə, həmçinin Azərbaycanın təşəbbüsü ilə prezidentliyin media brifinqi də keçirilib.
Ətraflı: https://bit.ly/4ug1Pel

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində Dünya Bankı Qrupunun nəqliyyat və logistika üzrə direktoru Bertrand de la Borde ilə görüş keçirib.
Görüşdə nəqliyyat sistemlərinin uzunmüddətli dayanıqlığı və gələcək tələblərə uyğun inkişafı üçün investisiya yanaşmaları müzakirə edilib.
Beynəlxalq maliyyə institutları ilə tərəfdaşlığın rəqəmsal infrastrukturun genişləndirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Eyni zamanda Bakı Beynəlxalq Dəniz Limanı, Orta Dəhlizin inkişafı və ölkəmizin tranzit-logistika potensialının artırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Leypsiq şəhərində Ukraynanın Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüş keçirib.
Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında #tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələləri müzakirə edilib.
Beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsi, daşımaların rəqəmsallaşdırılması və daşıyıcılar üçün daha çevik və effektiv əməliyyat mühitinin yaradılmasına imkan verəcək.

“Hesab edirik ki, Azərbaycanın Beynəlxalq #Nəqliyyat Forumuna prezidentliyi uğurlu oldu. Türkiyə olaraq Azərbaycanı bu uğur münasibətilə təbrik edirik. Qardaş ölkələrimiz bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də çox sıx əməkdaşlıq edir. Birlikdə mühüm layihələrin reallaşdırılmasına önəmli töhfələr veririk”.
Bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu səsləndirib.

❤1🤝1
“Azərbaycanın Beynəlxalq #Nəqliyyat Forumunda irəli sürdüyü dekarbonizasiya məsələləri COP çərçivəsində təşəbbüslərin məntiqi davamıdır. Bu çağırış hamı üçün, o cümlədən TRACECA-ya üzv ölkələr üçün də aktualdır. Belə müzakirələrin aparılması, həll yollarının işlənib hazırlanması vacibdir”.
TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev mediaya müsahibəsində belə deyib.

❤1💯1
Beynəlxalq #Nəqliyyat Forumunun Sammiti çərçivəsində xarici #media nümayəndələri üçün #brifinq təşkil olunub.
Brifinqdə Azərbaycanın Forumda prezidentliyi dövründə görülən işlər barədə ətraflı məlumat verilib və jurnalistlərin sualları cavablandırılıb.
Qeyd olunub ki, bu müddət ərzində ölkəmizin təşəbbüsləri qlobal nəqliyyat gündəliyinin formalaşmasına mühüm töhfə verib.

❤1
Beynəlxalq #Nəqliyyat Forumunun Sammiti çərçivəsində Azərbaycanın milli stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Stenddə ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr, #rəqəmsal həllər və dayanıqlı #mobillik istiqamətində görülən işlər təqdim olunub.
Eyni zamanda Azərbaycanın regionda mühüm nəqliyyat və #tranzit mərkəzi kimi rolu qonaqların diqqətinə çatdırılıb.