mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
“Azərbaycanın Beynəlxalq #Nəqliyyat Forumunda irəli sürdüyü dekarbonizasiya məsələləri COP çərçivəsində təşəbbüslərin məntiqi davamıdır. Bu çağırış hamı üçün, o cümlədən TRACECA-ya üzv ölkələr üçün də aktualdır. Belə müzakirələrin aparılması, həll yollarının işlənib hazırlanması vacibdir”.

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev mediaya müsahibəsində belə deyib.

#RİNN
❤1💯1
Beynəlxalq #Nəqliyyat Forumunun Sammiti çərçivəsində xarici #media nümayəndələri üçün #brifinq təşkil olunub.

Brifinqdə Azərbaycanın Forumda prezidentliyi dövründə görülən işlər barədə ətraflı məlumat verilib və jurnalistlərin sualları cavablandırılıb.

Qeyd olunub ki, bu müddət ərzində ölkəmizin təşəbbüsləri qlobal nəqliyyat gündəliyinin formalaşmasına mühüm töhfə verib.

#RİNN
❤1
Beynəlxalq #Nəqliyyat Forumunun Sammiti çərçivəsində Azərbaycanın milli stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Stenddə ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr, #rəqəmsal həllər və dayanıqlı #mobillik istiqamətində görülən işlər təqdim olunub.

Eyni zamanda Azərbaycanın regionda mühüm nəqliyyat və #tranzit mərkəzi kimi rolu qonaqların diqqətinə çatdırılıb.

#RİNN
❤1
Azərbaycanın prezidentliyi ilə Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (#BNF) Sammitində sonuncu gün də mühüm müzakirələrlə yadda qalıb.

Sammit çərçivəsində “Orta Dəhliz: dayanıqlı, rəqabətqabiliyyətli və gələcəyə hazır Avrasiya bağlantısına strateji investisiyalar” adlı sessiya təşkil edilib.

#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışında bildirib ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən mühüm bağlantı kimi ön plana çıxıb. Bu dəhliz daha sürətli #tranzit, #marşrut sabitliyi və yeni bazarlara çıxış imkanı yaradır.

Nazir müavini Rəhman Hümmətov Sammitin uğurlu olduğunu, geniş və gələcəyə yönələn müzakirələr aparıldığını bildirib.

Ətraflı: https://bit.ly/4cXowh1

#RİNN
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə görkəmli dövlət xadiminin Nazirliyin inzibati binasında yerləşən büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ulu Öndərin zəngin və çoxşaxəli irsindən bəhs edib. O vurğulayıb ki, müstəqil Azərbaycanın möhkəm dövlətçilik əsaslarının formalaşması, iqtisadi inkişaf kursunun müəyyənləşdirilməsi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Nazir qeyd edib ki, Ümummilli Liderin qətiyyəti sayəsində Azərbaycan sabitlik və dayanıqlı inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər ölkədə #rabitə, informasiya texnologiyaları və nəqliyyat sahələrinin inkişafını əsas istiqamətlər kimi müəyyənləşdirib. Bu siyasət nəticəsində Azərbaycan regionun nəqliyyat və kommunikasiya qovşağına çevrilib.

Ətraflı: https://bit.ly/3QUxrqZ

#RİNN
❤3
Bu gün müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
 
Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anırıq.
 
#RİNN #HeydərƏliyev103 #HeydarAliyev103
❤3