mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Beynəlxalq #Nəqliyyat Forumunun Sammiti çərçivəsində Azərbaycanın milli stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Stenddə ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr, #rəqəmsal həllər və dayanıqlı #mobillik istiqamətində görülən işlər təqdim olunub.

Eyni zamanda Azərbaycanın regionda mühüm nəqliyyat və #tranzit mərkəzi kimi rolu qonaqların diqqətinə çatdırılıb.

#RİNN
❤1
Azərbaycanın prezidentliyi ilə Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (#BNF) Sammitində sonuncu gün də mühüm müzakirələrlə yadda qalıb.

Sammit çərçivəsində “Orta Dəhliz: dayanıqlı, rəqabətqabiliyyətli və gələcəyə hazır Avrasiya bağlantısına strateji investisiyalar” adlı sessiya təşkil edilib.

#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışında bildirib ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən mühüm bağlantı kimi ön plana çıxıb. Bu dəhliz daha sürətli #tranzit, #marşrut sabitliyi və yeni bazarlara çıxış imkanı yaradır.

Nazir müavini Rəhman Hümmətov Sammitin uğurlu olduğunu, geniş və gələcəyə yönələn müzakirələr aparıldığını bildirib.

Ətraflı: https://bit.ly/4cXowh1

#RİNN
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə görkəmli dövlət xadiminin Nazirliyin inzibati binasında yerləşən büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ulu Öndərin zəngin və çoxşaxəli irsindən bəhs edib. O vurğulayıb ki, müstəqil Azərbaycanın möhkəm dövlətçilik əsaslarının formalaşması, iqtisadi inkişaf kursunun müəyyənləşdirilməsi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Nazir qeyd edib ki, Ümummilli Liderin qətiyyəti sayəsində Azərbaycan sabitlik və dayanıqlı inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər ölkədə #rabitə, informasiya texnologiyaları və nəqliyyat sahələrinin inkişafını əsas istiqamətlər kimi müəyyənləşdirib. Bu siyasət nəticəsində Azərbaycan regionun nəqliyyat və kommunikasiya qovşağına çevrilib.

Ətraflı: https://bit.ly/3QUxrqZ

#RİNN
❤3
Bu gün müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
 
Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anırıq.
 
#RİNN #HeydərƏliyev103 #HeydarAliyev103
❤3
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bununla əlaqədar #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

#RİNN
❤2🙏1
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki:

- Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq.

- Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq.
❤1👎1
❤3
mincom.gov.az
Photo
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərinin açarlarını təqdim edib.

Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki:

- Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir.

- Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik.

- Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə – bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik.

- Eyni zamanda İran sərhədində körpü, demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. Buradan keçən həm dəmir yolları, həm də avtomobil yolları böyük xeyir gətirəcək.

- Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu həm Şərq – Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal – Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq.
👍2❤1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək on üçüncü sessiyasına (#WUF13) hazırlıqla bağlı ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli #telekommunikasiya xidmətlərinin təmin edilməsi məqsədilə görülmüş işlər və son vəziyyətə dair iclas keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun sədrlik etdiyi iclasda ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətləri ilə bağlı həyata keçirilmiş işlər, Bakı Olimpiya Stadionunda internet xidmətlərinə olan tələblər müzakirə edilib. Həmçinin internet xidmətlərinin, beynəlxalq internet kanallarının, mobil telefon rabitəsinin (səs/internet) təşkili üzrə hazırkı vəziyyət nəzərdən keçirilib.

Tədbirin telekommunikasiyaya olan tələbatının yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

#RİNN
❤1