mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki:

- Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

- İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.
❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alwaleed Philanthropies” təşkilatının Baş katibi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ərəb dövlətləri üzrə xoşməramlı səfiri Şahzadə Lamia bint Məcid Al Səud ilə görüşüb.

Görüşdə rəqəmsal inkişaf və süni #intellekt sahələrində mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda aşağı gəlirli ailələr və kənd yerlərində rəqəmsal savadlılığın artırılması, kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal hazırlığının təşviqi, eləcə də #innovasiya laboratoriyaları sahəsində birgə fəaliyyətin perspektivləri müzakirə edilib.

#RİNN
❤1👍1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibə verib.
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirib.

Görüşdə #rəqəmsallaşma, #innovasiyalar və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Slovakiya tərəfi ölkəmizlə elektron hökumət, “SİMA imza” və elektron imza sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bununla bağlı ekspertlər səviyyəsində danışıqlara başlanılması qərara alınıb.

Həmçinin kosmik sənaye və texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı LRT (yüngül relsli nəqliyyat) layihəsi, Orta Dəhlizin potensialının artırılması, eləcə də gəmiçilik sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda #telekommunikasiya, #rəqəmsallaşma, #kibertəhlükəsizlik və süni #intellekt sahələrini əhatə edən yol xəritəsinin hazırlanması üzrə razılıq əldə edilib.

#RİNN
❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (#WUF13) “Şəhərlər üçün süni #intellekt: şəhər planlaşdırılması və ağıllı, dayanıqlı icmaların qurulması” adlı iclasında çıxış edib.

Nazir müavini bildirib ki, Azərbaycan daha “ağıllı”, təhlükəsiz, dayanıqlı şəhər və icmaların formalaşdırılması məqsədilə süni intellekt texnologiyalarını şəhər və regional inkişaf sistemlərinə inteqrasiya edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin milli rəqəmsal transformasiya gündəliyinin əsas prioritetlərindən biridir.

Ətraflı: https://bit.ly/4dmIYrY

#RİNN
👍3❤1👎1
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,0% artaraq 1,271.2 milyon manat təşkil edib.

#RİNN
❤2
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,6% artaraq 4,748.6 milyon manat təşkil edib.

#RİNN
❤2
“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (#KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) dəstəyi və #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə icra olunan “Uşaqlara #kiberqayğı 2” qrant layihəsi çərçivəsində 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici təlim təşkil edilib.

Təlimdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlara #internet dünyasının təhlükələri, fərdi məlumatların mühafizəsi metodları, sosial platformalarda təhlükəsiz fəaliyyət və əsas #kibergigiyena qaydaları izah edilib. Bununla yanaşı, texnoloji dövrdə hər bir uşağın bərabər imkanlara sahib olması üçün müasir rəqəmsal bacarıqların necə inkişaf etdirilməsi barədə söhbət açılıb.

Ətraflı: https://bit.ly/4wERVo1

#RİNN
❤1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ Azərbaycanın Milli #Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləməsi;
✅ Balakən #kanat yolunun inşasına başlanılması;
✅ Milli #Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya Təlim Mərkəzinin açılışı

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤2