mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) nəzdində fəaliyyət göstərən Korporativ Tərəfdaşlıq Şurasının təşkilatçılığı ilə nəqliyyat sistemlərinin dayanıqlılığının gücləndirilməsi, enerji təhlükəsizliyi, #rəqəmsallaşma və hava yükdaşımalarının inkişaf perspektivlərinə həsr olunan seminarlar keçirilib.

Avtomobil nəqliyyatına dair seminarda #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin BNF-yə ezam olunmuş nümayəndəsi Əliş İsmayılov şəhər nəqliyyat sistemlərinin dayanıqlılığının artırılması istiqamətində Azərbaycanın təcrübəsini bölüşüb. Ölkəmizdə ictimai nəqliyyatın ekoloji cəhətdən daha dayanıqlı modelə keçirilməsi məqsədilə elektrik avtobuslarının alınması və onların yerli istehsalı istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, enerji səmərəliliyinin artırılması məqsədilə yeni yanaşmalar tətbiq olunur.

Ətraflı: https://bit.ly/4ozm4Br

#RİNN
❤2
❤3
mincom.gov.az
Photo
Prezident İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

Dövlətimizin başçısı bildirib ki:

- Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.

- Azərbaycanın yeni rəqəmsal arxitekturası üzrə həyata keçirilən təşəbbüslər, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin müasir çağırışlara strateji yanaşmasını nümayiş etdirir.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları süni intellekt texnologiyalarının, innovativ həllərin və ekoloji dayanıqlılıq prinsiplərinin insan rifahına, təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına və sosial-iqtisadi reinteqrasiyanın təmin edilməsinə yönəlmiş uğurlu inkişaf modelidir.
❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional rəqəmsal iqtisadiyyatların inkişafı üçün süni intellektin potensialından istifadə” adlı panel müzakirədə çıxış edib.

Nazir müavini bildirib ki, süni #intellekt ölkələrimiz üçün iqtisadiyyatı gücləndirmək, xidmətlərin keyfiyyətini artırmaq və regionun daha da yaxınlaşmasına töhfə vermək baxımından mühüm imkanlar yaradır.

Saməddin Əsədov çıxışında Azərbaycanın milli süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində atdığı konkret addımlar barədə məlumat verib, qəbul olunan strateji sənədlərin vahid yol xəritəsi təqdim etdiyini deyib.

Ətraflı: https://bit.ly/3QSxPqd

#RİNN
❤2
❤2
mincom.gov.az
Photo
İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.

Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki:

- Biz bildiyiniz kimi, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevirməyə, güclü nəqliyyat infrastrukturunu qurmaq üçün coğrafiyamızdan bünövrə kimi istifadə etməyə çalışdıq.

- Bu gün Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir.

- Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və koordinasiya olunmuş nəqliyyat vətərini yaradır.

- Hazırda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bunlara su anbarları, su kanalları, elektrik stansiyaları, artıq istifadəyə verilmiş beynəlxalq hava limanları, tunellər və körpülər daxildir.

- Biz Azərbaycanı daha da güclü nəqliyyat-logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik.
❤1👍1
Təhsil müəssisələrində keçirilən #kibertəhlükəsizlik maarifləndirmə tədbirləri vasitəsilə minlərlə gənci təhlükəsiz #internet istifadəsi, fərdi məlumatların qorunması və kiberdələduzluqdan müdafiə mövzularında məlumatlandırırıq.

Məqsədimiz erkən yaşlardan kibertəhlükəsizlik biliklərinin aşılanması, #rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətdə kibertəhlükəsizlik mədəniyyətinin gücləndirilməsidir.

#RİNN #MKA
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşüb.

Görüşdə iki ölkə arasında beynəlxalq nəqliyyat dəhlizləri və #tranzit daşımalar, habelə #rəqəmsallaşma sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir müavini Samir Məmmədov Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizinin yaradılması məqsədilə görülən işlər barədə məlumat verib.

Görüşdə Orta Dəhliz marşrutlarının diversifikasiyasının gündəlikdə duran vacib məsələlərdən biri olduğu qeyd edilib. Bu xüsusda “Qara dəniz – Xəzər dənizi” Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasını və istismarını nəzərdə tutan Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan hökumətləri arasında Saziş layihəsinin önəminə toxunulub.

#RİNN
❤2🤮1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 24 iyun 2026-cı il tarixində saat 09:00-da Ağdam şəhərində yerləşən Konfrans Mərkəzində #Füzuli, #Ağdam və #Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 23 iyun 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN
❤3
Beynəlxalq Nəqliyyat Forumu (BNF) “Effektiv əlçatanlığın təmin edilməsi” adlı hesabat açıqlayıb. Əlilliyi olan şəxslər üçün əlçatan #nəqliyyat sistemlərinin formalaşdırılmasına dair hesabatda uğurlu təcrübələr ümumiləşdirilib və hökumətlər üçün siyasət tövsiyələri hazırlanıb.

Əsas tövsiyələrdən biri əlçatanlıq sahəsində koordinasiyalı fəaliyyətə imkan verən idarəetmə strukturlarının yaradılmasıdır. Bu kontekstdə Azərbaycanın təcrübəsi nümunə kimi qeyd edilib. Ölkəmizə həsr olunan xüsusi araşdırmada nəqliyyat sahəsində institusional islahatlar və əlçatanlığın təşviqi istiqamətində görülən tədbirlər geniş şəkildə əksini tapıb. Vurğulanıb ki, 2023-cü ildə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası nəqliyyat siyasətinin vahid yanaşma əsasında formalaşdırılmasını, nəqliyyatın bütün növləri üzrə qərarların koordinasiyalı şəkildə qəbulunu təmin edir.

Ətraflı: https://bit.ly/4gwFgh9

#RİNN
❤1
❤3
mincom.gov.az
Photo
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı çıxışında bildirib ki:

- Coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır.

- Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir.

- Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.
❤1
Dövlət idarəçiliyinin səmərəli təşkili, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və #ictimai etimadın möhkəmləndirilməsi istiqamətində çalışan bütün #dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

#RİNN
❤3👏1