mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Təhsil müəssisələrində keçirilən #kibertəhlükəsizlik maarifləndirmə tədbirləri vasitəsilə minlərlə gənci təhlükəsiz #internet istifadəsi, fərdi məlumatların qorunması və kiberdələduzluqdan müdafiə mövzularında məlumatlandırırıq.

Məqsədimiz erkən yaşlardan kibertəhlükəsizlik biliklərinin aşılanması, #rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətdə kibertəhlükəsizlik mədəniyyətinin gücləndirilməsidir.

#RİNN #MKA
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşüb.

Görüşdə iki ölkə arasında beynəlxalq nəqliyyat dəhlizləri və #tranzit daşımalar, habelə #rəqəmsallaşma sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir müavini Samir Məmmədov Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizinin yaradılması məqsədilə görülən işlər barədə məlumat verib.

Görüşdə Orta Dəhliz marşrutlarının diversifikasiyasının gündəlikdə duran vacib məsələlərdən biri olduğu qeyd edilib. Bu xüsusda “Qara dəniz – Xəzər dənizi” Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasını və istismarını nəzərdə tutan Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan hökumətləri arasında Saziş layihəsinin önəminə toxunulub.

#RİNN
❤2🤮1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 24 iyun 2026-cı il tarixində saat 09:00-da Ağdam şəhərində yerləşən Konfrans Mərkəzində #Füzuli, #Ağdam və #Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 23 iyun 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN
❤3
Beynəlxalq Nəqliyyat Forumu (BNF) “Effektiv əlçatanlığın təmin edilməsi” adlı hesabat açıqlayıb. Əlilliyi olan şəxslər üçün əlçatan #nəqliyyat sistemlərinin formalaşdırılmasına dair hesabatda uğurlu təcrübələr ümumiləşdirilib və hökumətlər üçün siyasət tövsiyələri hazırlanıb.

Əsas tövsiyələrdən biri əlçatanlıq sahəsində koordinasiyalı fəaliyyətə imkan verən idarəetmə strukturlarının yaradılmasıdır. Bu kontekstdə Azərbaycanın təcrübəsi nümunə kimi qeyd edilib. Ölkəmizə həsr olunan xüsusi araşdırmada nəqliyyat sahəsində institusional islahatlar və əlçatanlığın təşviqi istiqamətində görülən tədbirlər geniş şəkildə əksini tapıb. Vurğulanıb ki, 2023-cü ildə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası nəqliyyat siyasətinin vahid yanaşma əsasında formalaşdırılmasını, nəqliyyatın bütün növləri üzrə qərarların koordinasiyalı şəkildə qəbulunu təmin edir.

Ətraflı: https://bit.ly/4gwFgh9

#RİNN
❤1
❤3
mincom.gov.az
Photo
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı çıxışında bildirib ki:

- Coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır.

- Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir.

- Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.
❤1
Dövlət idarəçiliyinin səmərəli təşkili, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və #ictimai etimadın möhkəmləndirilməsi istiqamətində çalışan bütün #dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

#RİNN
❤3👏1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 24 iyun tarixində Ağdam şəhərində yerləşən Konfrans Mərkəzində #Füzuli, #Ağdam və #Xocavənd rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
👍3❤1
Beynəlxalq Nəqliyyat Forumu və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının birgə təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində yüksəksəviyyəli regional dialoq təşkil olunub. Tədbirdə Mərkəzi və Cənub-Şərqi Asiyada dayanıqlı #nəqliyyat sistemlərinin inkişafı, regional yük daşımalarının səmərəliliyinin artırılması və nəqliyyat sektorunun dekarbonizasiyası istiqamətində görülən işlər müzakirə edilib.

#Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Nağı Əhmədov çıxışında Azərbaycanın nəqliyyat və #logistika sektorunda həyata keçirdiyi islahatlar, regional bağlantıların gücləndirilməsi ilə bağlı təşəbbüsləri, gələcək inkişaf planları barədə məlumat verib. Qeyd edib ki, infrastrukturun inkişafı, dövlət qurumları və tərəfdaşlar arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi ölkəmizin nəqliyyat siyasətinin əsas istiqamətlərindəndir.

Ətraflı: https://bit.ly/4wbdefW

#RİNN
❤1
Ölkəmizin #dəniz nəqliyyatının inkişafına və təhlükəsizliyinin təmin olunmasına töhfə verən bütün dənizçiləri peşə bayramı münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

#RİNN
❤3👏1
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,1% artaraq 1,628.1 milyon manat təşkil edib.

#RİNN
❤2👍1
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,8% artaraq 6,252.2 milyon manat təşkil edib.

#RİNN
❤2👍1
Bu il 9 – 27 noyabr tarixlərində Qətərdə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) növbəti Səlahiyyətli Konfransının keçirilməsi nəzərdə tutulur. Dörd ildən bir təşkil olunan tədbirdə İttifaqın Baş katibi, Baş katibin müavini, büroların direktorları, o cümlədən qurumun Radio Tənzimləmə Komitəsinə və idarəedici orqanı olan Şuraya üzvlər seçilir.

Azərbaycan 2027 – 2030-cu illər üzrə BTİ Şurasına üzvlük üçün namizədliyini təqdim edib. Eyni zamanda AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) Radiotezliklərin idarəolunması şöbəsinin müdiri Sitarə Mehdiyevanın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Ətraflı: https://bit.ly/3QLUUuy

#RİNN
❤1👍1
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə qəhrəmanlıq və fədakarlıq nümunəsi olan bütün hərbi qulluqçularımızı təbrik edir, onlara şərəfli xidmətlərində daim güc, əzm və qələbə ruhu arzulayırıq!
 
#RİNN
❤3👍1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinə qəbul üçün qeydiyyatın başlaması;
✅ Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpa edilməsi;
✅ Mehdiabad – Baksol – Ziya Bünyadov prospekti avtomobil yolunun inşası

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
👍2❤1👎1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ Təbriz küçəsinin daha rahat və təhlükəsiz hərəkət məkanına çevriləcəyi;
✅ Kəlbəcərdə günəş panelli avtonom #radiomonitorinq stansiyasının istifadəyə verilməsi

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤2👏1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər.
 
Dövlətimizin başçısı çıxışında bildirib ki:
 
- Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı.
 
- Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk.
 
- Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.
❤3👍2