Beynəlxalq #Nəqliyyat Forumunun (BNF) “Səmərəli şəhər nəqliyyatının təmin edilməsi üçün tələbin idarə olunması” hesabatında Bakının #mikromobillik infrastrukturu və şəhər məkanının piyadalar üçün daha əlçatan və rahat şəkildə yenidən təşkili ayrıca nümunə kimi göstərilib.
Hesabatda qeyd olunub ki, 2025-ci ildə Bakıda 15 kilometr yeni mikromobillik zolağı təşkil edilib və şəbəkənin uzunluğu 60 kilometrə çatıb. Növbəti mərhələdə bu rəqəmin 100 kilometrə qədər artırılması nəzərdə tutulur. Eyni zamanda şəhərdə 872 skuter və 623 velosiped üçün parklanma yeri yaradılıb.
Ətraflı: https://bit.ly/3TmoOa8
#RİNN

❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla görüşüb.
Görüşdə Azərbaycanla “Huawei” arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə süni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda insan kapitalının inkişafı, birgə təlim və sertifikasiya proqramlarının təşkili, Azərbaycanda “Huawei”nin regional rəqəmsal və əməliyyat mərkəzinin, eləcə də birgə #innovasiya mərkəzinin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.

❤2
Azərbaycan Beynəlxalq #Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin növbədənkənar iclasında təmsil olunub. Onlayn formatda keçirilən tədbirin əsas məqsədi 2027-ci il üçün Ölkəyə Xas Siyasət Təhlili (Country Specific Policy Analysis – CSPA) layihələri üzrə təkliflərin müzakirəsi, onların BNF-nin fəaliyyət istiqamətlərinə uyğunluğunun qiymətləndirilməsi, eləcə də prioritet layihələrin müəyyənləşdirilməsi olub.
Müzakirələr Azərbaycanın 2025 – 2026-cı illərdə BNF-yə sədrliyi dövründə qəbul edilən yeni CSPA təsdiq prosesi əsasında aparılıb. Bu yanaşma layihələrin daha sistemli qiymətləndirilməsinə şərait yaradır.
İclas çərçivəsində 2027-ci il üçün potensial CSPA layihələri müzakirə edilib. Təkliflər daha sonra Nəqliyyat Tədqiqat Komitəsində nəzərdən keçirilib.
Ətraflı: https://bit.ly/4yC7Nrv

👍2
Bilik gələcəyə aparan inkişafın, innovasiyanın və tərəqqinin əsas hərəkətverici qüvvələrindən biridir.
15 sentyabr – Bilik Günü münasibətilə bütün şagird, tələbə və müəllimləri təbrik edir, yeni #tədris ilində hər birinə uğurlar arzulayırıq!
#RİNN #BilikGünü

❤3
“#İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib. “İnnovasiya” İşçi qrupuna daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.2-ci Məqsədinə (“Yaradıcı və #İnnovativ Cəmiyyət”) daxil olan tədbirlərin 2026-cı ilin I yarımili üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) apardığı monitorinq və qiymətləndirmənin nəticələri geniş müzakirə olunub.
Qarşıya qoyulan vəzifələrin vaxtında və yüksəkkeyfiyyətli icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib. Eyni zamanda həmin Strategiyanın icra müddətinin son ili olduğunu nəzərə alaraq, icrası tamamlanmamış tədbirlərin 2026-cı ilin sonunadək yekunlaşdırılmasına dair müvafiq tapşırıqlar verilib.
Ətraflı: https://bit.ly/4AeGZiA

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin dəmir yolu, #metro və ümumilikdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsallaşdırılması və dekarbonizasiyası istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Həmçinin hava və #dəniz nəqliyyatı, eləcə də #kosmik sahədə potensial maliyyələşdirmə imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

❤1
Beynəlxalq #Nəqliyyat Forumunun (BNF) Nəqliyyatın İdarə Olunması Şurasının onlayn formatda növbədənkənar iclası keçirilib.
Azərbaycanın da təmsil olunduğu toplantıda BNF-nin 2027-ci il üzrə İş Proqramı və büdcəsinin ilkin layihəsi müzakirə edilib. Təşkilatın 2027-ci il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri, Nəqliyyat Tədqiqatları Komitəsinin xüsusi tədqiqat layihələri, Ölkəyə Xas Siyasət Təhlili (CSPA) layihələri, eləcə də Korporativ Tərəfdaşlıq Şurasının planlaşdırılan tədqiqatları nəzərdən keçirilib.
Ətraflı: https://bit.ly/4yFDIY6

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüşüb.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və #kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Böyük Britaniyanın Orta Dəhlizin inkişafına verə biləcəyi töhfələr, həmçinin qabaqcıl Britaniya şirkətləri ilə Azərbaycanda data mərkəzlərinin və digər rəqəmsal infrastruktur layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda qeyd olunan istiqamətləri əhatə edən Azərbaycan–Böyük Britaniya Yol Xəritəsinin hazırlanması və qəbul edilməsi məsələləri müzakirə olunub.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşüb.
Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Orta Dəhliz, #aviasiya, #rəqəmsallaşma və təlim sahələrində gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, eləcə də Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, “Big Data”, “IoT” və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.
Dövlətimizin başçısı bildirib ki:
- Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı.
- Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk.

❤4
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki:
- Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.
- Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir.
- Türkiyə–Azərbaycan əlaqələrinin, təbii ki, xüsusi yeri, rolu var. Deyə bilərəm ki, dünya miqyasında buna oxşar əlaqələr yoxdur. Bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil. Çünki burada bütün amillər birləşir. Həm tarixi əlaqələr, həm mədəni əlaqələrimiz, həm siyasi maraqlarımız, təhlükəsizliklə bağlı olan məsələlər, enerji, nəqliyyat, insanlar arasındakı əlaqələr.
- Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın.

❤2👍1