mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
456 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüşüb.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və #kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Böyük Britaniyanın Orta Dəhlizin inkişafına verə biləcəyi töhfələr, həmçinin qabaqcıl Britaniya şirkətləri ilə Azərbaycanda data mərkəzlərinin və digər rəqəmsal infrastruktur layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda qeyd olunan istiqamətləri əhatə edən Azərbaycan–Böyük Britaniya Yol Xəritəsinin hazırlanması və qəbul edilməsi məsələləri müzakirə olunub.

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşüb.

Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Orta Dəhliz, #aviasiya, #rəqəmsallaşma və təlim sahələrində gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, eləcə də Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, “Big Data”, “IoT” və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

#RİNN
❤2
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Dövlətimizin başçısı bildirib ki:

- Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı.

- Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk.
❤4
❤3
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki:

- Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.

- Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir.

- Türkiyə–Azərbaycan əlaqələrinin, təbii ki, xüsusi yeri, rolu var. Deyə bilərəm ki, dünya miqyasında buna oxşar əlaqələr yoxdur. Bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil. Çünki burada bütün amillər birləşir. Həm tarixi əlaqələr, həm mədəni əlaqələrimiz, həm siyasi maraqlarımız, təhlükəsizliklə bağlı olan məsələlər, enerji, nəqliyyat, insanlar arasındakı əlaqələr.

- Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın.
❤2👍1
#İnnovasiya və #Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) təşəbbüsü ilə Azərbaycanın aparıcı texnologiya şirkətləri və startapları ilə “Ecosystem Meetup” görüşü keçirilib. “Baku ID” çərçivəsində baş tutan görüşdə 20-yə yaxın şirkətin nümayəndəsi iştirak edib.

Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov ölkədə rəqəmsal inkişaf sahəsində həyata keçirilən irimiqyaslı islahatlar, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn prioritetlər və innovasiya sahəsində qanunvericilik təşəbbüsləri, o cümlədən “OpenWave” Açıq İnnovasiya Proqramı və dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılmasını nəzərdə tutan “Rəqəmsal Üfüqlər” layihəsi haqqında ətraflı məlumat verib.

Ətraflı: https://bit.ly/4y6iSRV

#RİNN
❤1👍1
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,7% artaraq 2,748.1 milyon manat təşkil edib.

#RİNN
❤1
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7% artaraq 10,931.9 milyon manat təşkil edib.

#RİNN
❤1
20 sentyabr #Xankəndi, #Xocalı, #Xocavənd və #Ağdərə şəhərlərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yenidən bərqərar olmasını, eləcə də bu ərazilərdə yeni quruculuq mərhələsinin başlanmasını simvolizə edən əlamətdar tarixdir.

#RİNN #20Sentyabr
❤1