mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
456 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
mincom.gov.az
Photo
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Dövlətimizin başçısı bildirib ki:

- Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır.

- Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır.

- Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP əlaqəlilik marşrutu kimi də tanınır – isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır.

- Ənənəvi enerji sektoru ilə yanaşı, Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və inkişaf imkanları da daxil olmaqla, mühüm imkanlar təklif edir.
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində süni intellekt, #innovasiya və rəqəmsal transformasiyanın intellektual iqtisadiyyatların formalaşmasındakı roluna həsr olunan paneldə çıxış edib.

Nazir müavini bildirib ki, süni intellekt əvvəlki texnoloji dalğalardan daha sürətlə inkişaf edir və bu proses infrastruktur, enerji, insan kapitalı, #kibertəhlükəsizlik, tənzimləmə və investisiyanı əhatə edən vahid yanaşma tələb edir. Qeyd olunub ki, qlobal gündəm artıq strateji baxışdan icra mərhələsinə keçir və Azərbaycan bu mərhələyə hazırdır.

Ətraflı: https://bit.ly/4yfaiAd

#RİNN
❤1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi, AZCON Holding və “Microsoft Ireland Operations Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, AZCON Holding-in icraçı direktoru Şahin Babayev və “Microsoft Ireland Operations Limited” şirkətinin region üzrə baş meneceri Qabriela Popesku tərəfindən imzalanıb.

Bu Memorandum tərəflər arasında potensial əməkdaşlıq imkanlarının araşdırılmasını şərtləndirir.

Memorandum gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir və konkret layihələrin şərtlərinin növbəti mərhələdə tərəflər arasında razılaşdırılmasını nəzərdə tutur.

#RİNN
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi, AZCON Holding və “Franklin Templeton” qrupuna daxil olan “Templeton Asset Management Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd AZCON Holding portfelində investisiya platformasının yaradılması və idarə olunması ilə bağlı gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir.

Əməkdaşlıq çərçivəsində dövlət müəssisələrinin idarəetmə və səmərəliliyinin artırılması, strateji investisiyaların cəlb edilməsi və onların inkişaf imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

#RİNN
❤1
❤1
mincom.gov.az
Photo
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.

Dövlətimizin başçısı tədbirdə moderatorun suallarını cavablandıraraq bildirib ki:

- İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, əlbəttə ki, logistika, nəqliyyat və bağlantılardır. Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq.

- Biz dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq. Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bizim bütün qonşularla, həmçinin ölkə daxilində dəmir yolu əlaqəmiz mövcuddur.

- Biz elə bir fiziki və inzibati mühit yaratmaq istədik ki, təchizatçılar Azərbaycan ərazisindən keçən multimodal daşımalardan istifadəni seçsinlər. Çünki Azərbaycan ərazisindən keçərkən həm də bərələrdən istifadə edilir.

- Bu gün biz istər Şərq–Qərb, istərsə də Şimal–Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə – həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır.

- Coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Bundan əlavə, nəqliyyat sahəsində idarəetmə və rəqəmsallaşma, gömrük idarəçiliyi – bütün bunlar investorlar üçün aydın və başadüşüləndir.

- Ölkə 100 faiz elektrik enerjisi, genişzolaqlı internetlə əhatə olunub və biz ixrac edirik. Dəmir yolları ilə bağlı işlər, demək olar ki, tamamlanıb. Hava limanları – bizim doqquz beynəlxalq hava limanımız var – dəniz limanı genişləndirilir.

- Daxili infrastruktura gəldikdə, bizdə vəziyyət yaxşıdır. Fikrimcə, maraq yarada biləcək sahə çoxmilli maraqlara xidmət edən infrastruktur ola bilər. Burada, ilk növbədə nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastruktur məsələləri ön plana çıxır. Biz çoxlu sayda körpü, yanalma qurğuları və gəmilər inşa edə bilərik. Lakin rəqəmsallaşma və gömrük inzibatçılığı sahələrində mövcud müasir tendensiyaları lazımi səviyyədə nəzərə almasaq, yüklərin idarə olunması prosesini daha asan və sürətli etməsək, rəqabətdə uduzacağıq. Beləliklə, bu bir sahədir.

- Biz bir neçə istiqamət üzrə fəaliyyət göstəririk. Əlbəttə, bunlardan biri potensialın, kadr imkanlarının formalaşdırılmasıdır və hazırda təhsil sahəsində çox iş görülür. Artıq bir müddətdir ki, fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılmış ilk mühüm addım idi.
❤1
Xalqımızın milli birliyi, müzəffər #Azərbaycan Ordusunun şücaəti və şəhidlərimizin qəhrəmanlığı tarixi Zəfərimizin qazanılmasında mühüm rol oynadı.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

#RİNN #AnımGünü
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsi önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilib.

#RİNN
❤2