mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
456 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi, AZCON Holding və “Franklin Templeton” qrupuna daxil olan “Templeton Asset Management Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd AZCON Holding portfelində investisiya platformasının yaradılması və idarə olunması ilə bağlı gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir.

Əməkdaşlıq çərçivəsində dövlət müəssisələrinin idarəetmə və səmərəliliyinin artırılması, strateji investisiyaların cəlb edilməsi və onların inkişaf imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

#RİNN
❤1
❤1
mincom.gov.az
Photo
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.

Dövlətimizin başçısı tədbirdə moderatorun suallarını cavablandıraraq bildirib ki:

- İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, əlbəttə ki, logistika, nəqliyyat və bağlantılardır. Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq.

- Biz dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq. Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bizim bütün qonşularla, həmçinin ölkə daxilində dəmir yolu əlaqəmiz mövcuddur.

- Biz elə bir fiziki və inzibati mühit yaratmaq istədik ki, təchizatçılar Azərbaycan ərazisindən keçən multimodal daşımalardan istifadəni seçsinlər. Çünki Azərbaycan ərazisindən keçərkən həm də bərələrdən istifadə edilir.

- Bu gün biz istər Şərq–Qərb, istərsə də Şimal–Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə – həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır.

- Coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Bundan əlavə, nəqliyyat sahəsində idarəetmə və rəqəmsallaşma, gömrük idarəçiliyi – bütün bunlar investorlar üçün aydın və başadüşüləndir.

- Ölkə 100 faiz elektrik enerjisi, genişzolaqlı internetlə əhatə olunub və biz ixrac edirik. Dəmir yolları ilə bağlı işlər, demək olar ki, tamamlanıb. Hava limanları – bizim doqquz beynəlxalq hava limanımız var – dəniz limanı genişləndirilir.

- Daxili infrastruktura gəldikdə, bizdə vəziyyət yaxşıdır. Fikrimcə, maraq yarada biləcək sahə çoxmilli maraqlara xidmət edən infrastruktur ola bilər. Burada, ilk növbədə nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastruktur məsələləri ön plana çıxır. Biz çoxlu sayda körpü, yanalma qurğuları və gəmilər inşa edə bilərik. Lakin rəqəmsallaşma və gömrük inzibatçılığı sahələrində mövcud müasir tendensiyaları lazımi səviyyədə nəzərə almasaq, yüklərin idarə olunması prosesini daha asan və sürətli etməsək, rəqabətdə uduzacağıq. Beləliklə, bu bir sahədir.

- Biz bir neçə istiqamət üzrə fəaliyyət göstəririk. Əlbəttə, bunlardan biri potensialın, kadr imkanlarının formalaşdırılmasıdır və hazırda təhsil sahəsində çox iş görülür. Artıq bir müddətdir ki, fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılmış ilk mühüm addım idi.
❤1
Xalqımızın milli birliyi, müzəffər #Azərbaycan Ordusunun şücaəti və şəhidlərimizin qəhrəmanlığı tarixi Zəfərimizin qazanılmasında mühüm rol oynadı.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

#RİNN #AnımGünü
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsi önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilib.

#RİNN
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin əməkdaşı Əliş İsmayılov Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 2026–2027-ci illər üzrə İş Proqramı çərçivəsində həyata keçirilən beynəlxalq tədqiqat layihəsinə rəhbərlik edəcək. O, Azərbaycanın təşkilata sədrliyi dövründə BNF Katibliyinə ezam olunub. Sədrlik başa çatdıqdan sonra da əməkdaşlığını davam etdirib və hazırda Azərbaycanı Forumun Nəqliyyat Tədqiqat Komitəsində təmsil edir.

“Nəqliyyat qurumları tərəfindən siyasətin və nəticələrin təkmilləşdirilməsi məqsədilə süni intellektdən istifadə” adlı layihədə süni intellekt texnologiyalarının dövlət nəqliyyat qurumlarının fəaliyyətində tətbiqi araşdırılacaq.

Ətraflı: https://bit.ly/4AHplVc

#RİNN
❤3
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ən vacib və aktual yenilikləri sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ Bakının ictimai nəqliyyat və mikromobillik infrastrukturunun BNF-nin hesabatında nümunə kimi göstərilməsi;
✅ Binəqədi şosesində yol hərəkətinin təşkilində dəyişiklik edilməsi

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev “Cisco” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüşüb.

Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, #telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və “Hökumət buludu”nun inkişafı, #kibertəhlükəsizlik və #innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin, o cümlədən “Cisco” akademiyasının yaradılması imkanları və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Yük daşımalarının səmərəliliyi və rəqəmsallaşdırılması” üzrə İşçi qrupunun ilk iclası olub. Hibrid formatda keçirilən toplantıda Azərbaycanı #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri təmsil ediblər.

Çıxışlarda Azərbaycanın #tranzit potensialının inkişafına yönələn institusional mexanizmlər, o cümlədən Şuranın fəaliyyəti barədə məlumat verilib.

Ətraflı: https://bit.ly/4hTbBz4

#RİNN
❤1