#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə görüş keçirib.
Görüşdə Azərbaycan və Yaponiya arasında rəqəmsal inkişaf və informasiya-#kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya və #innovasiya istiqamətlərində təcrübə mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Tərəflər #İKT və #poçt xidmətləri sahəsində əməkdaşlığa dair Fəaliyyət Planının yekunlaşdırılması, Hiroşima Süni İntellekt Prosesində iştirak və fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqi məsələləri barədə fikir mübadiləsi aparıblar.
#RİNN

❤2
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı çıxış edərək bildirib ki:
- Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.
- Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır.

❤1
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və #innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupunun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.
Toplantıda “Qlobal İnnovasiya İndeksi – 2026” hesabatının nəticələri, Azərbaycanın İndeksdəki mövqeyi, metodologiyada edilən dəyişikliklər və müvafiq indikatorlar üzrə mövcud vəziyyət müzakirə olunub. Həmçinin bu dəyişikliklər nəzərə alınmaqla İşçi qrupunun növbəti il üçün Fəaliyyət Planının hazırlanması məsələsi nəzərdən keçirilib.
İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Qlobal İnnovasiya İndeksi – 2026” hesabatında Azərbaycanın mövqeyinin 9 pillə yaxşılaşaraq 85-ci yerə yüksəldiyini və bunun ölkənin İndeksdə indiyədək qeydə alınmış ən yüksək illik irəliləyiş olduğunu bildirib.
Ətraflı: https://bit.ly/4hSC4LN

❤1👍1
Dəmir yolu nəqliyyatı #sərnişin və #yük daşımalarının səmərəli təşkili, ölkənin #nəqliyyat əlaqələrinin inkişafı və gücləndirilməsində mühüm rol oynayır.
Bu sahənin inkişafına töhfə verən bütün dəmir yolu işçilərini peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!
#RİNN #DəmirYoluİşçilərininPeşəBayramı

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 16 oktyabr 2026-cı il tarixində saat 10:00-da Qəbələ şəhərində yerləşən Mədəniyyət Mərkəzində #Oğuz, #İsmayıllı və #Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula 15 oktyabr 2026-cı il tarixinə qədər yazılmaq mümkündür.
Veb-sayt: https://mincom.gov.az/az/elaqe/qebula-yazil
Çağrı mərkəzi: 1655
Telefon: 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290)
Elektron poçt: office@mincom.gov.az
#RİNN #VətəndaşQəbulu

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Çexiyanın nəqliyyat naziri İvan Bednarik ilə görüşüb.
Görüşdə Azərbaycan–Çexiya nəqliyyat əlaqələrinin genişləndirilməsi, avtomobil və hava nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı, beynəlxalq yükdaşımaların artırılması və Orta Dəhlizin təşviqi məsələləri müzakirə olunub.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Beynəlxalq Nəqliyyat Forumunun fəaliyyəti və Azərbaycanın sədrliyi dövründə əldə olunan nəticələr barədə fikir mübadiləsi aparılıb.

mincom.gov.az
Photo
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlətimizin başçısı bildirib ki:
- Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir. İndiyədək 1500 kilometrə yaxın yol tikilmiş, 11,7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilmişdir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilmişdir. Dəmir yollarının inşası davam etdirilir. Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır.
- Dövlət, bank, poçt və rabitə xidmətlərinin də əhatəsi genişlənir. Laçın, Zəngilan, Füzuli və Ağdamda tikilərək istifadəyə verilmiş inzibati mərkəzlər sosial təminat, məşğulluq və digər sahələrdə xidmətlərin əhaliyə vahid məkanda operativ göstərilməsinə imkan verir.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1% artaraq 3,257.1 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤1
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10% artaraq 12,816.6 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤1
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki:
- Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir.
- Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində #Oğuz, #İsmayıllı və #Qəbələ rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.