mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
456 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində #Oğuz, #İsmayıllı və #Qəbələ rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤2
17 oktyabr #Füzuli Şəhəri Günü kimi qeyd edilir.

Bu gün Füzuli şəhəri inkişaf edir və yeni həyatına qovuşur.

#RİNN #FüzuliŞəhəriGünü
❤2
18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günüdür.

Dövlət müstəqilliyinin bərpası xalqımızın #milli birliyini və azadlıq iradəsini təcəssüm etdirərək Azərbaycanın parlaq gələcəyinə gedən yolda mühüm mərhələ olub.

#RİNN #MüstəqilliyinBərpasıGünü
❤4
20 oktyabr #Zəngilan Şəhəri Günüdür.

Zəngilanda həyata keçirilən bərpa-quruculuq işləri, yaradılan yeni imkanlar və formalaşan inkişaf perspektivləri şəhərin tərəqqisi üçün möhkəm zəmin yaradır.

#RİNN #ZəngilanŞəhəriGünü
❤2
Azərbaycan beynəlxalq #nəqliyyat-#logistika mərkəzi kimi rolunu genişləndirir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində 2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə #tranzit yükdaşımaların həcmi Şərq–Qərb istiqamətində 20,2 faiz, Şimal–Cənub istiqaməti üzrə isə 19,0 faiz artıb.

Tranzit daşımalarında müşahidə olunan müsbət dinamika nəqliyyat və logistika infrastrukturunun inkişafı, #rəqəmsallaşma, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və bununla əməliyyat səmərəliliyinin artırılması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsidir.

Ətraflı: https://bit.ly/4i4dS9p

#RİNN
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş siyasət direktoru Karolin Vik ilə görüşüb.

Görüşdə Azərbaycanda süni intellekt #məlumat mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı, eləcə də nəqliyyat və #logistika sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin Orta Dəhlizin inkişafı, dayanıqlı #təchizat zəncirlərinin gücləndirilməsi və birgə #investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
25 oktyabr #Qubadlı Şəhəri Günüdür.

Qubadlıda aparılan quruculuq işləri şəhərin dayanıqlı inkişafı üçün yeni imkanlar yaradır.

#RİNN #QubadlıŞəhəriGünü
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov ABŞ-nin “Fortinet” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşüb.

Görüşdə Azərbaycanda #kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə “Fortinet” şirkəti ilə əməkdaşlıq imkanları, o cümlədən ali təhsil müəssisələrində “Fortinet Academic Partner Program”ın genişləndirilməsi müzakirə edilib.

Eyni zamanda şirkətlə “bulud” texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

#RİNN
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev beynəlxalq #logistika, #yükdaşıma və #liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.

Görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın #tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, Orta Dəhliz vasitəsilə yeni yük axınlarının cəlb edilməsi və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤1
❤1
mincom.gov.az
Photo
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki:

- Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz.

- Əlbəttə ki, müharibələrin sonlandırılması ilə bağlı təcrübəmiz, hesab edirəm ki, diqqətlə nəzərdən keçirilməlidir. Bu mənzərəyə iqtisadi fəaliyyətimizi, təqribən ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borcumuzu – hansı ki ən aşağı səviyyədədir, yəqin ki, dünyada olan ən aşağı borclardandır – qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız, görərsiniz ki Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi.
❤1