mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
456 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş siyasət direktoru Karolin Vik ilə görüşüb.

Görüşdə Azərbaycanda süni intellekt #məlumat mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı, eləcə də nəqliyyat və #logistika sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin Orta Dəhlizin inkişafı, dayanıqlı #təchizat zəncirlərinin gücləndirilməsi və birgə #investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
25 oktyabr #Qubadlı Şəhəri Günüdür.

Qubadlıda aparılan quruculuq işləri şəhərin dayanıqlı inkişafı üçün yeni imkanlar yaradır.

#RİNN #QubadlıŞəhəriGünü
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov ABŞ-nin “Fortinet” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşüb.

Görüşdə Azərbaycanda #kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə “Fortinet” şirkəti ilə əməkdaşlıq imkanları, o cümlədən ali təhsil müəssisələrində “Fortinet Academic Partner Program”ın genişləndirilməsi müzakirə edilib.

Eyni zamanda şirkətlə “bulud” texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

#RİNN
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev beynəlxalq #logistika, #yükdaşıma və #liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.

Görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın #tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, Orta Dəhliz vasitəsilə yeni yük axınlarının cəlb edilməsi və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤1
❤1
mincom.gov.az
Photo
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki:

- Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz.

- Əlbəttə ki, müharibələrin sonlandırılması ilə bağlı təcrübəmiz, hesab edirəm ki, diqqətlə nəzərdən keçirilməlidir. Bu mənzərəyə iqtisadi fəaliyyətimizi, təqribən ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borcumuzu – hansı ki ən aşağı səviyyədədir, yəqin ki, dünyada olan ən aşağı borclardandır – qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız, görərsiniz ki Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi.
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev süni intellekt texnologiyalarının tətbiqi və genişləndirilməsi üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkəti “Wonderful”un təsisçisi və baş icraçı direktoru Bar Vinkler ilə görüşüb.
 
Görüşdə süni intellekt həllərinin dövlət sektorunda tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması və yerli mütəxəssislərin işə cəlb olunması imkanları müzakirə edilib.
 
#RİNN
❤1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi ilə böyük müəssisələr, eləcə də strateji əhəmiyyətli təşkilatlar üçün süni intellekt əməliyyat sistemi təqdim edən “Wonderful” şirkəti arasında süni intellekt (Sİ) həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
 
Sənəd “Wonderful” platforması əsasında süni intellekt həllərinin nazirliklərdə, dövlət qurumlarında və dövlət müəssisələrində tətbiqi imkanlarının araşdırılması üçün əməkdaşlıq çərçivəsini müəyyən edir. Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi üsullarını təkmilləşdirmək, onları daha sürətli, əlçatan, vətəndaşların və biznes subyektlərinin ehtiyaclarına uyğunlaşdırmaq, eyni zamanda dövlət qurumlarının daha səmərəli və genişmiqyaslı fəaliyyətini təmin etməkdir.
 
Ətraflı: https://bit.ly/4e5v6SM
 
#RİNN
❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov Somali Federativ Respublikasının informasiya, turizm və mədəniyyət naziri Abdulfatah Kasim Mohamud ilə görüşüb.
 
Görüş zamanı elektron #hökumət həlləri, “#mygov” və #SİMA platformalarının ixrac potensialı müzakirə olunub. Həmçinin Somali mütəxəssislərinin Azərbaycanda ixtisasartırma və təlim proqramlarına cəlb olunması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
 
#RİNN
❤1