mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
456 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev beynəlxalq #logistika, #yükdaşıma və #liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.

Görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın #tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, Orta Dəhliz vasitəsilə yeni yük axınlarının cəlb edilməsi və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤1
❤1
mincom.gov.az
Photo
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki:

- Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz.

- Əlbəttə ki, müharibələrin sonlandırılması ilə bağlı təcrübəmiz, hesab edirəm ki, diqqətlə nəzərdən keçirilməlidir. Bu mənzərəyə iqtisadi fəaliyyətimizi, təqribən ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borcumuzu – hansı ki ən aşağı səviyyədədir, yəqin ki, dünyada olan ən aşağı borclardandır – qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız, görərsiniz ki Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi.
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev süni intellekt texnologiyalarının tətbiqi və genişləndirilməsi üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkəti “Wonderful”un təsisçisi və baş icraçı direktoru Bar Vinkler ilə görüşüb.
 
Görüşdə süni intellekt həllərinin dövlət sektorunda tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması və yerli mütəxəssislərin işə cəlb olunması imkanları müzakirə edilib.
 
#RİNN
❤1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi ilə böyük müəssisələr, eləcə də strateji əhəmiyyətli təşkilatlar üçün süni intellekt əməliyyat sistemi təqdim edən “Wonderful” şirkəti arasında süni intellekt (Sİ) həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
 
Sənəd “Wonderful” platforması əsasında süni intellekt həllərinin nazirliklərdə, dövlət qurumlarında və dövlət müəssisələrində tətbiqi imkanlarının araşdırılması üçün əməkdaşlıq çərçivəsini müəyyən edir. Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi üsullarını təkmilləşdirmək, onları daha sürətli, əlçatan, vətəndaşların və biznes subyektlərinin ehtiyaclarına uyğunlaşdırmaq, eyni zamanda dövlət qurumlarının daha səmərəli və genişmiqyaslı fəaliyyətini təmin etməkdir.
 
Ətraflı: https://bit.ly/4e5v6SM
 
#RİNN
❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov Somali Federativ Respublikasının informasiya, turizm və mədəniyyət naziri Abdulfatah Kasim Mohamud ilə görüşüb.
 
Görüş zamanı elektron #hökumət həlləri, “#mygov” və #SİMA platformalarının ixrac potensialı müzakirə olunub. Həmçinin Somali mütəxəssislərinin Azərbaycanda ixtisasartırma və təlim proqramlarına cəlb olunması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
 
#RİNN
❤1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) “Azərbaycanda dövlət qulluqçuları və əlaqədar təşkilatların e-mobillik infrastrukturunun gücləndirilməsi sahəsində potensialın artırılması” layihəsi çərçivəsində Koreya Respublikasının Sonqnam və Kvancu şəhərlərində səfərdə olublar.
 
Səfər zamanı koreyalı ekspertlərin iştirakı ilə e-mobillik infrastrukturu, fəaliyyət planının tərtibi metodologiyası, optimal şarj məkanlarının seçilməsi və stansiyaların qurulmasındakı çağırışlara dair mühazirələr təşkil edilib. Koreyanın rəqəmsal enerjidoldurma siyasəti, şarj və emissiya nəzarəti texnologiyaları, bərpa olunan enerji magistralları və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb. Həmçinin Nazirliyin əməkdaşları Koreyanın e-mobillik sahəsində fəaliyyət göstərən tədqiqat mərkəzləri, avtomobil və enerjidoldurma avadanlıqları istehsal edən müəssisələri ilə tanış olublar.
 
Ətraflı: https://bit.ly/4sVFyTf
 
#RİNN
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya – Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclasında iştirak edib.
 
Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta və xarici işlər naziri Marqus Tsaxnanın da iştirak etdiyi görüşdə ölkələrimiz arasında nəqliyyat, #logistika, ticarət, rəqəmsal inkişaf və #innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
 
Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional nəqliyyat bağlantılarının inkişafı, eləcə də enerji, ticarət və təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
 
İclasın yekununda müzakirə olunan məsələləri əks etdirən protokol imzalanıb.
 
#RİNN
❤1👎1👏1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta ilə görüş keçirib.

Görüşdə Azərbaycan və Estoniya arasında rəqəmsal inkişaf, süni intellekt, rəqəmsal hökumət və #innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin Estoniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, süni intellektin dövlət sektorunda tətbiqi, innovativ texnologiyaların təşviqi və texnologiya şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Gələcəkdə Hökumətlərarası Komissiya çərçivəsində #rəqəmsallaşma məsələləri üzrə müzakirələrin davam etdirilməsi, konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi onlayn görüşlərin keçirilməsi barədə razılığa gəlinib.

#RİNN
❤2