#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultanov ilə görüşüb.
Görüşdə rəqəmsal hökumət sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən “myGov” platforması üzrə təcrübə mübadiləsi və birgə əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda süni intellekt agentləri əsasında rəqəmsal xidmətlərin inkişafı, eləcə də bu xidmətlər üçün nitqdən mətnə çevirmə modellərinin hazırlanması və tətbiqi üzrə mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Müzakirələr zamanı #startap ekosisteminin inkişafı məsələlərinə də xüsusi diqqət yetirilib. Hər iki ölkənin İT parkları arasında əməkdaşlığın gücləndirilməsi, startapların qarşılıqlı bazarlara çıxış imkanlarının genişləndirilməsi və #innovasiya ekosistemləri arasında əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
#RİNN

❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Assosiasiyasının (ITL) təşkilatçılığı ilə keçirilən dəyirmi masada İT şirkətlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Dəyirmi masa çərçivəsində Azərbaycanda #rəqəmsallaşma sahəsində həyata keçirilən son yeniliklər, qəbul edilmiş yeni qanunvericilik paketi və #texnologiya sektorunda yaradılan imkanlar barədə Estoniya şirkətlərinə məlumat verilib.
Həmçinin #İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın iqtisadiyyat və sənaye naziri Liina Vahtras ilə görüşüb.
Görüşdə Estoniyanın İT şirkətlərinin ölkəmizə cəlb olunması, onların yerli şirkətlərlə əməkdaşlığının təşviqi və Azərbaycanda biznes fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı biznes forumlarının və digər birgə tədbirlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Yunanıstanın daxili işlər nazirinin müavini Paraskevi Xaralamboyanni ilə görüşüb.
Görüşdə rəqəmsal inkişaf istiqamətində ölkələrimiz arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Saməddin Əsədov Azərbaycanda rəqəmsallaşmanın inkişafı və #innovasiya ekosisteminin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, “#mygov”, “Digital Bridge”, “Digital Login”, #SİMA kimi əsas rəqəmsal təşəbbüslər dövlət xidmətlərinin vahid elektron sistemdə inteqrasiyasını, məlumat mübadiləsinin operativliyini, vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin edir.
Görüşdə rəqəmsal transformasiya, dövlət idarəçiliyinin müasirləşdirilməsi və bu sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Tallinə səfəri çərçivəsində “#Bolt” şirkətinin ofisini ziyarət edib və nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə “Bolt” şirkəti arasında #mobillik sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə mobillik xidmətlərinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, #sərnişin təhlükəsizliyinin və xidmət keyfiyyətinin artırılması imkanları müzakirə olunub.
Bununla yanaşı, #avtonom nəqliyyat vasitələri, süni intellekt və məlumat mühəndisliyi sahələrində əməkdaşlıq perspektivləri, eləcə də şirkətin Azərbaycanda regional #texnologiya mərkəzinin yaradılmasında iştirakı imkanları ətrafında fikir mübadiləsi aparılıb.

#Televiziya və #radio yayımının müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasında və milli informasiya mühitinin inkişafında böyük rol oynayır.
Bu sahənin inkişafına töhfə verən bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr edilən tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra Nazirlik və tabeli qurumların müharibədə iştirak etmiş əməkdaşlarının döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən bəhs olunub.
Zəfər Günü münasibətilə Nazirliyin təşəbbüsü, Respublika Qan Bankının təşkilati dəstəyi ilə könüllü qanvermə aksiyası da keçirilib. Aksiyada Nazirliyin və tabeli qurumların əməkdaşları iştirak ediblər.
Ətraflı: https://bit.ly/4AiwsCi
#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü

❤2👏1
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə hərbi və diplomatik müstəvilərdə əldə edilən tarixi Zəfər milli qürur salnaməmizə əbədi həkk olunub.
Qazanılmış Zəfərdən güc alaraq regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Zəfər Günümüz mübarək!
#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
Qazanılmış Zəfərdən güc alaraq regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Zəfər Günümüz mübarək!
#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir, sakinlər doğma yurdlarına qayıdırlar.
Zəfər Günümüz mübarək!
#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
Zəfər Günümüz mübarək!
#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
❤3
8 noyabr #Şuşa Şəhəri Günü kimi qeyd olunur.
Həyata keçirilən genişmiqyaslı layihələr Şuşanın müasir simasının formalaşmasına, sosial-iqtisadi potensialının güclənməsinə və gələcək inkişafına mühüm töhfə verir.
#RİNN #ŞuşaŞəhəriGünü