mincom.gov.az
✔
519 subscribers
2.56K photos
115 videos
459 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr edilən tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra Nazirlik və tabeli qurumların müharibədə iştirak etmiş əməkdaşlarının döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən bəhs olunub.

Zəfər Günü münasibətilə Nazirliyin təşəbbüsü, Respublika Qan Bankının təşkilati dəstəyi ilə könüllü qanvermə aksiyası da keçirilib. Aksiyada Nazirliyin və tabeli qurumların əməkdaşları iştirak ediblər.

Ətraflı: https://bit.ly/4AiwsCi

#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
❤2👏1
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə hərbi və diplomatik müstəvilərdə əldə edilən tarixi Zəfər milli qürur salnaməmizə əbədi həkk olunub.

Qazanılmış Zəfərdən güc alaraq regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Zəfər Günümüz mübarək!

#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir, sakinlər doğma yurdlarına qayıdırlar.

Zəfər Günümüz mübarək!

#RİNN #Azərbaycan #8Noyabr #ZəfərGünü
❤3
8 noyabr #Şuşa Şəhəri Günü kimi qeyd olunur.

Həyata keçirilən genişmiqyaslı layihələr Şuşanın müasir simasının formalaşmasına, sosial-iqtisadi potensialının güclənməsinə və gələcək inkişafına mühüm töhfə verir.

#RİNN #ŞuşaŞəhəriGünü
❤2
Channel photo updated
Üçrəngli dövlət bayrağımız Azərbaycanın müstəqilliyini, dövlətçilik ənənələrini və milli-mənəvi dəyərlərini özündə təcəssüm etdirir.

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, üçrəngli bayrağımızın hər zaman zirvələrdə dalğalanmasını arzulayırıq!

#RİNN #Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
❤3
Channel photo updated
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 17 noyabr 2026-cı il tarixində saat 09:30-da Sabirabad şəhərində yerləşən Telekommunikasiya Qovşağında #Saatlı, #İmişli, #Sabirabad rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 16 noyabr 2026-cı il tarixinə qədər yazılmaq mümkündür.

Veb-sayt: https://mincom.gov.az/az/elaqe/qebula-yazil
Çağrı mərkəzi: 1655
Telefon: 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290)
Elektron poçt: office@mincom.gov.az

#RİNN #VətəndaşQəbulu
❤2👎1
12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günüdür.

Konstitusiyamız dövlətimizin inkişafının, hüquqi dövlət quruculuğunun və vətəndaş #hüquq və azadlıqlarının təminatının möhkəm təməlidir.

#RİNN #KonstitusiyaGünü
❤4
mincom.gov.az
Photo
16 noyabr tarixində Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027–2030-cu illər üzrə üzvlüyünə, həmçinin AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşı Sitarə Mehdiyeva təşkilatın Radio Tənzimləmə Komitəsinin (RTK) 2027–2030-cu illər üzrə üzvlüyünə seçilib.

Seçkilər ciddi beynəlxalq rəqabət şəraitində keçirilib. BTİ-yə üzv olan 194 ölkədən 48 ölkə BTİ-nin Şurasına üzv seçilir. Azərbaycan təmsil olunduğu Şərqi Avropa və Şimali Asiya regionu üzrə ən yüksək səs toplayaraq 129 səslə BTİ Şurasına üzv seçilib.

BTİ-nin Radio Tənzimləmə Komitəsinə (RTK) keçirilən seçkilərdə isə 194 ölkə arasından yalnız 12 ölkənin nümayəndəsi təmsilçilik hüququ qazanıb. Azərbaycan bu seçkilərdə də öz qrupunda ən yüksək səs toplayaraq 111 səslə RTK-ya üzv seçilib.

Beləliklə, Azərbaycan hər iki seçkidə təmsil olunduğu region üzrə ən yüksək səs toplayaraq BTİ-nin hər iki idarəetmə orqanında təmsil olunmaq hüququ qazanıb.

Ətraflı: https://tinyurl.com/mt9k92bu

#RİNN
❤1
17 noyabr Milli #Dirçəliş Günüdür.

Azadlıq iradəmizin və birliyimizin rəmzi olan bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, ölkəmizə firavanlıq və davamlı tərəqqi arzulayırıq!

#RİNN #MilliDirçəlişGünü
❤2
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,9% artaraq 3,639.6 milyon manat təşkil edib.

#RİNN
❤1
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,2% artaraq 14,288.8 milyon manat təşkil edib.

#RİNN
❤1