mincom.gov.az
✔
520 subscribers
2.56K photos
115 videos
459 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
11 Oktyabr – Beynəlxalq Qızlar Günü ərəfəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşkilatçılığı ilə qızlar üçün “Cyber4Girls” təlimi keçirilib. Təlimdə 13-18 yaşında 100-ə yaxın qız iştirak edib.

Daha ətraflı:
https://tinyurl.com/rn68xds

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ETX #Cyber4Girls
👍8
Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi dünya ictimaiyyətinin diqqətindədir. 

ABŞ-nin sosial şəbəkə monitorinqi və təhlili üzrə aparıcı proqramı “Talkwaker”in hesablamasına əsasən, tədbir #IAC2023 həştəqi ilə sosial media platformalarında trendə çevrilib. 

Konqres, həmçinin sosial şəbəkədə “top tədbirlər” siyahısına liderlik edir.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos #IAC2023
👍4
“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.

Canlı yayımı aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

Sayt: https://www.iafastro.org/live/
Youtube: https://www.youtube.com/watch?v=N3YMtGVdm68
X: https://twitter.com/iac2023?s=21

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos #IAC2023
👍7
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin sonuncu günü ictimaiyyət üçün açıq olub. Ali təhsil müəssisələrinin tələbələri, startapçılar, məktəblilər, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid və müharibə veteranlarının övladları tədbir məkanına gəliblər.

Onlar 36 ölkədən 150 şirkətin stendinin təqdim edildiyi sərgi pavilyonunda kosmik yeniliklərlə tanış olublar.

Uşaqlar “VR ilə Aya səyahət”, “Robotics STEAM”, “LEGO” oyunları daxil olmaqla müxtəlif əyləncəli və maarifləndirici proqramlarda iştirak ediblər.

Tədbir çərçivəsində Əməkdar artist Bəhram Bağırzadə uşaqlarla görüşüb, onlara avtoqraflı kitablarını hədiyyə edib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos #IAC2023
❤2👍2
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Azərkosmosun Strateji inkişaf və planlama departamentinin direktoru Natavan Həsənova hazırda keçirilən Ümumdünya Kosmos Həftəsi haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #Azercosmos #Azərkosmos
👍9
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilib.

Daha ətraflı: https://tinyurl.com/2v2398cs

#MDDTAzerbaijan #RİNNAzərbaycan #radio #televiziya
👍8
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin departament direktoru Sübhan Əbilov ictimai nəqliyyat sahəsində islahatlar haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #AYNA #nəqliyyat
👍5