mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
25 Oktyabr Qubadlı Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

Qürurvericidir ki, hazırda Qubadlıda böyük quruculuq işləri həyata keçirilir.
❤8👍5
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadə qurumun fəaliyyət istiqamətləri, eləcə də mövcud kibertəhlükələr və onlardan qorunmaq yolları haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ETX #certaz #cybersecurity #kibertəhlükəsizlik
👍9
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Şuşa şəhərində ilkin olaraq 500 evdə GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb və şəbəkə quraşdırılıb. Hazırda Şuşa şəhərində 99 abunəçi GPON texnologiyası xidmətlərindən yararlanır.

Daha ətraflı: https://tinyurl.com/3t9d6yht

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom #GPON
👍6👏2
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 14 noyabr 2023-cü il tarixində saat 09:30-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinlərini qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Daha ətraflı: https://tinyurl.com/ezjpzn7z

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Vətəndaşqəbulu
👍9
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Pakistanın Cənubda Dayanıqlı İnkişaf üzrə Elm və Texnologiya Komissiyası (COMSATS) ilə əməkdaşlığı çərçivəsində yeni təlim proqramına start verilib.

Azərbaycanın qabaqcıl universitetlərində tələbələr arasında seçim prosesi baş tutub və onların qiymətləndirilərək proqrama cəlb olunması COMSATS tərəfindən həyata keçirilib. Seçilmiş 60 tələbə “Süni intellekt” və “Proqram təminatı keyfiyyətinə nəzarət” üzrə ixtisaslaşmış təlim proqramında tam təqaüdlü iştirak haqqı qazanıb.

Tədris proqramı 10 həftəni əhatə edir. İlk 6 həftə hərtərəfli nəzəri biliklərin öyrədilməsinə, növbəti 4 həftə isə intensiv layihə işi ilə tələbələrə öz bacarıqlarını real dünya ssenarilərində tətbiq etməsinə sərf olunacaq.

23 oktyabrdan etibarən başlayan dərslər Bakı Ali Neft Məktəbinin və ADA Universitetinin əsas korpuslarında keçirilir.

Daha ətraflı: https://tinyurl.com/2n2j8bxc

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İKT #COMSATS
👍9
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə əməkdaşlığı ilə “Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusu hazırlanıb.

Azərbaycan və ingilis dillərində olan nəşrdə 2018-2022-ci illər üzrə ev təsərrüfatları arasında aparılmış sorğu və hüquqi şəxslərdən toplanan məlumatlar əsasında əldə olunan rəqəmsal inkişaf göstəriciləri əksini tapıb.

Statistik göstəricilər toplusunun elektron versiyaları ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

https://mincom.gov.az/az/media/statistik-melumatlar

https://mincom.gov.az/en/media-en/statistical-data

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İKT #statistika #telekommunikasiya
👍11
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan
👍7
6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

Bu sahədə çalışan peşəkarları ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

#6noyabr #RadioTeleviziyaGünü
👍6❤3
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "Teleradio" İB-nin Baş direktoru vəzifəsini icra edən Elman Həsənov Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı gününə həsr olunmuş buraxılışda qonaq qismində çıxış edəcək.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Teleradio
👍9
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Rəşad Nəbiyev vətəndaşları Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 21 noyabr 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.

Qəbula 20 noyabr 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍10