6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.
Bu sahədə çalışan peşəkarları ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
#6noyabr #RadioTeleviziyaGünü

👍6❤3
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.
Bu gün saat 19:05-də "Teleradio" İB-nin Baş direktoru vəzifəsini icra edən Elman Həsənov Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı gününə həsr olunmuş buraxılışda qonaq qismində çıxış edəcək.
Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.
#MDDTAzerbaijan #RİNNAzərbaycan #Teleradio

👍9
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Rəşad Nəbiyev vətəndaşları Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 21 noyabr 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.
Qəbula 20 noyabr 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu

👍10
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, Mərkəzi Qan Bankının təşkilati dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib.
Aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda canından, qanından keçmiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunub.
Nazirlik və tabeli qurumların əməkdaşları könüllü donorluq edərək qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə töhfə veriblər.
Daha ətraflı: https://tinyurl.com/49sn4ex2
#MDDTAzerbaijan #RİNNAzərbaycan #8noyabr

👏5👍2
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar II Fəxri xiyabanı ziyarət edib.
Ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi dərin ehtiramla yad olunub.
Qeyd edək ki, nazirliyin 210 əməkdaşı Vətən müharibəsində iştirak edib. Onlardan 5 nəfər qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bundan əlavə, müharibədə ailə üzvlərini itirən əməkdaşlarımız da var.
#MDDTAzerbaijan #RİNNAzərbaycan #8noyabr #ZəfərGünü

👍7👏1
Son zamanlar aktuallaşan süni intellekt əsaslı həllərin əhəmiyyətini, onların müxtəlif sektorların inkişafına verə biləcəyi töhfələrini nəzərə alaraq Mərkəzi Bankla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında müvafiq Anlaşma Memorandumu imzalanıb.
Memorandumun imzalanmasında başlıca məqsəd ölkəmizdə süni intellekt sahəsində layihələrin, təşəbbüslərin və ideyaların dəstəklənməsi, o cümlədən maliyyə bazarlarında birgə layihələrin həyata keçirilməsi, süni intellekt sahəsində bacarıqların, texnologiyaların, ekosistemin, infrastrukturun və idarəetmə mexanizmlərinin formalaşdırılması üzrə tədbirlərin görülməsinin təşkili, bununla da Azərbaycanın süni intellekt sahəsində regional liderə çevrilməsidir.
Daha ətraflı: https://tinyurl.com/342yzwue
#MDDTAzerbaijan #RİNNAzərbaycan #MərkəziBank #AI

👍8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
8 noyabr – Zəfər Günü tariximizə milli qürurumuzun təntənəsinə çevrilən, qələbəmizi əbədiləşdirən gün kimi qızıl hərflərlə yazılıb.
Zəfərin mübarək, Azərbaycan!
#QarabağAzərbaycandır #KarabakhisAzerbaijan #8noyabr #ZəfərGünü #QalibAzərbaycan #Azərbaycan🇦🇿 #QalibLiderQalibXalq

❤10👍3
9 Noyabr Dövlət Bayrağı Günüdür.
Zəfərimizin, həmrəyliyimizin, azadlığımızın rəmzi olan şanlı bayrağımızın hər zaman ən yüksək zirvələrdə xalqımızın qüruru kimi dalğalanmasını arzulayırıq.
#9noyabr

👍14