mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Rəşad Nəbiyev vətəndaşları Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 27 noyabr 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.

Qəbula 24 noyabr 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍7
Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası Şuşa şəhərində keçirilib.

Daha ətraflı: https://tinyurl.com/3brrm7ht

#MDDTAzerbaijan #RİNNAzərbaycan #nəqliyyat #rabitə
👍12
20 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ümumdünya Radiorabitə Konfransı öz işinə başlayıb.

Tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi, Azərkosmos və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin mütəxəssisləri təmsil edirlər.

Daha ətraflı: https://tinyurl.com/ye3u9894

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ITUWRC #radiorabitə
👍8👏1
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elektron Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində təşkil edilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids” mövzusunda təlim keçirilib.

Daha ətraflı: https://tinyurl.com/2cxm9sur

#MDDTAzerbaijan #RİNNAzərbaycan #certaz #ETX #AzInTelecom #Cyber4Kids
👍11
Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 noyabr tarixli Fərmanı ilə təsdiq edilib.

Nəqliyyatı Əlaqələndirmə Şurası ölkədə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır.

https://president.az/az/articles/view/62300

#MDDTAzerbaijan #RİNNAzərbaycan #nəqliyyat
👍10
25 Noyabr Kəlbəcər Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

Hazırda Kəlbəcərdə tikinti və yenidənqurma işləri sürətlə davam etməkdədir.
👍7
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "AzInTelecom"un Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Murad Əhmədov və SİMA üzrə məhsul sahibi Tamerlan Məşədihəsənli "SİMA İmza ilə rəqəmsallaşan dövlət xidmətləri" mövzusunda danışacaqlar.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AzInTelecom #SİMA
👍6
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 27 noyabrda Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Daha ətraflı: https://tinyurl.com/4fh4y6jc

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍8👏1