mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Bu gün Azərbaycan xalqı Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyini qeyd edir.

Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.

Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

#Azerbaijan #HeydarAliyev #HeydərƏliyev100
👍17
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də 1992-1997-ci illərdə Azərbaycan Respublikasının rabitə naziri vəzifəsində çalışmış, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədri olan Siruz Abasbəyli Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş buraxılışda öz xatirələrini bölüşəcək.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #HeydarAliyev #HeydərƏliyev100
👍15
Mayın 9-da Quba şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının rabitə administrasiyaları arasında yerüstü xidmətlər üzrə koordinasiya görüşü başlayıb.

Daha ətraflı: https://bit.ly/44OGBYw

#MDDTAzerbaijan #RİNNAzərbaycan #DRİ #İKTA #Rabitə
👍15
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.

Daha ətraflı: https://bit.ly/42PLWx3

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍16
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "TEKNOFEST Türkiyə – 2023"ün azərbaycanlı qalibləri ilə görüşüb.

Daha ətraflı: bit.ly/42Qo4Jo

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Teknofest #TeknofestAzərbaycan #Teknofest2023
👍15
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Azərkosmosun təhsil meneceri İmran Muxtarov və "Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyinin sədri Ceyhun Xəlilov bu il Türkiyədə keçirilmiş "TEKNOFEST 2023" festivalında Azərbaycan nümayəndələrinin iştirakı və əldə olunan uğurlar haqqında danışacaqlar.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #TEKNOFEST2023
👍9
17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur.

Əsas məqsəd İKT-dən istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılığın artırılmasıdır.

#WTISD #Telekommunikasiya
❤9👍5
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağcabədi şəhərində vətəndaşları qəbul edib.

Daha ətraflı: https://bit.ly/3pPFzLW

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍20❤3
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Ağcabədi şəhərinə səfəri çərçivəsində şəhid Cəfərov Anar Eyvaz oğlunun ailəsini ziyarət edib.

Görüşdə yaxınları şəhidlə bağlı xatirələrini bölüşüblər, onun keçdiyi şərəfli döyüş yolu haqqında danışıblar.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍26❤4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Daha ətraflı: https://bit.ly/3pLUsPp

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA #nəqliyyat
👍28👏2
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "Aztelekom" MMC-nin Müştərilərlə əlaqələr departamentinin direktoru Faiq Dadaşov müştəri məmnuniyyəti haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İnsanHüquqlarıAylığı #Aztelekom
👍16❤1
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) beynəlxalq yükdaşıma ilə məşğul olan bir sıra daşıyıcılar adından təşəkkür məktubu daxil olub.

Məktubda şirkət rəhbərləri RİNN tərəfindən milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün yaradılan əlverişli şəraitdən razılıqlarını bildiriblər.

“İcazə” blanklarının idarə edilməsi sahəsində AYNA tərəfindən aparılan islahatlar və həyata keçirilən tədbirlər nəticəsində inhisarçılığın və sui-istifadə hallarının qarşısının alındığını vurğulayıb və buna görə təşəkkürlərini ifadə ediblər.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA
👍20