Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin vəfatından 20 il ötür.
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.
Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Daha ətraflı: http://tinyurl.com/bdhzk34y
#MDDTAzerbaijan #RİNNAzərbaycan

👍13❤4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri üçün ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Böhran kommunikasiyası təlimləri başa çatıb. Dekabrın 12-də təlim proqramının Məzun günü keçirilib.
2 ay davam edən təlimlərdə nazirlik və tabeli qurumların 62 nümayəndəsi iştirak edib. İştirakçılara böhran zamanı vacib mesajların sürətlə hazırlanması, media ilə işin təşkili, ictimaiyyətə məlumatın operativ ötürülməsi və digər mövzular tədris olunub.
Tədbirin sonunda təlim proqramının iştirakçılarına sertifikatlar təqdim olunub.
Daha ətraflı: http://tinyurl.com/wxrm9vr2
#MDDTAzerbaijan #RİNNAzərbaycan #ADAUniversity #CrysisCommunication

👍8👏4
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 14 dekabrda Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Daha ətraflı: http://tinyurl.com/mr2a8muf
#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu

👍16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib.
Görüş çərçivəsində sənədlərin imzalanması mərasimi olub.
Sənədlərdən biri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında imzalanmış data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu olub.
Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.
Daha ətraflı: https://president.az/az/articles/view/62570

👍15