mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 14 dekabrda Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Daha ətraflı: http://tinyurl.com/mr2a8muf

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib.

Görüş çərçivəsində sənədlərin imzalanması mərasimi olub.

Sənədlərdən biri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında imzalanmış data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu olub.

Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.

Daha ətraflı: https://president.az/az/articles/view/62570

#MDDTAzerbaijan #RİNNAzərbaycan
👍15
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda yeni yaranmış startaplara ailə və dostlar tərəfindən dəstək üçün yatırılan investisiyaların potensial rolunu təhlil edir.

Bu məqsədlə keçirilən sorğuda iştirak üçün linkə keçid edə bilərsiniz:

https://tinyurl.com/ycy285w6
👍7
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı öz işini başa çatdırıb.

Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Daha ətraflı: https://tinyurl.com/3curhpdz

#MDDTAzerbaijan #RİNNAzərbaycan #rabitə
👍9👏4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadə mövcud kibertəhlükələr və onlardan qorunmaq yolları haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #ETX #certaz #cybersecurity #kibertəhlükəsizlik
👍6
“Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatı keçirilib

Daha ətraflı: https://tinyurl.com/4ft4j852

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA #nəqliyyat
👍9
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Gələcəyə gedən yol” adlı sənədli film çəkilib.

Filmdə Azərbaycan nəqliyyat sisteminin tarixi inkişaf dinamikası, Ümummilli Liderin nəqliyyat strategiyası və bu sahənin tərəqqisində müstəsna rolundan bəhs olunur.

“Gələcəyə gedən yol” ilk dəfə bu gün saat 21:00-da İctimai Televiziyada yayımlanacaq.

Sizi filmi izləməyə dəvət edirik!

#MDDTAzerbaijan #RİNNAzərbaycan #HeydarAliyev #HeydərƏliyev100
👍9👏4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin birgə məlumatı

“Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır.

Daha ətraflı: http://tinyurl.com/3banm8uy

#MDDTAzerbaijan #RİNNAzərbaycan #DTA #YolumuzQarabağa
👍7
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) əməkdaşları üçün təşkil edilən “Korporativ idarəetmə” proqramının yekunu münasibətilə Məzun günü keçirilib.

Proqramın əsas məqsədi iştirakçıları idarəetmənin prinsipləri və bu sahədəki müasir konseptlər barədə məlumatlandırmaq və bununla bağlı fundamental anlayışları ötürmək, eləcə də layihələrin səmərəli şəkildə idarə edilməsi, bu prosesə nəzarət edərək tənzimlənməsi üçün bilik və bacarıqlarla təmin etmək idi.

Məzun günündə İnkişaf və Diplomatiya İnstitutunun direktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, institutun İxtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova, RİNN-in Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Fidan Fərzəliyeva çıxış ediblər.

Təlim proqramını başa vuran 185 iştirakçıya sertifikat təqdim edilib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ADAUniversity
👍8