mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) əməkdaşları üçün təşkil edilən “Korporativ idarəetmə” proqramının yekunu münasibətilə Məzun günü keçirilib.

Proqramın əsas məqsədi iştirakçıları idarəetmənin prinsipləri və bu sahədəki müasir konseptlər barədə məlumatlandırmaq və bununla bağlı fundamental anlayışları ötürmək, eləcə də layihələrin səmərəli şəkildə idarə edilməsi, bu prosesə nəzarət edərək tənzimlənməsi üçün bilik və bacarıqlarla təmin etmək idi.

Məzun günündə İnkişaf və Diplomatiya İnstitutunun direktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, institutun İxtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova, RİNN-in Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Fidan Fərzəliyeva çıxış ediblər.

Təlim proqramını başa vuran 185 iştirakçıya sertifikat təqdim edilib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ADAUniversity
👍8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.

Dövlət başçımıza cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.

Doğum gününüz mübarək, cənab Prezident!
❤17
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İRİA-nın İnnovasiya ekosistemi departamentinin baş layihə meneceri Camal Ağayev 2023-cü ildə ölkənin innovasiya ekosistemi haqqında danışacaq.

Canlı yayımı həm “ASAN Radio”da dinləmək, həm də nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #IDDA #İRİA
👍5
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan və icrasına başlanılan Bakı şəhərinin mobillik proqramı çərçivəsində paytaxta sınaq məqsədilə daha bir istehsalçının istismarda olmuş elektrik mühərrikli avtobusu gətirilib.

Əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.

Daha ətraflı: http://tinyurl.com/jb7a78n2

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA #nəqliyyat
👍8
“Bakı Telefon Rabitəsi” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Qaradağ rayonu ərazisində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.

Qaradağ rayonu ərazisində GPON texnologiyası əsasında kabelləşmə işləri aparılıb, ərazini tam əhatə edən şəbəkə tikilib, 60 000 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib, hazırda 24 400 abunəçi GPON xidmətindən istifadə edir.

Daha ətraflı: http://tinyurl.com/4b86bsr2

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom #GPON
👍5
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Daha ətraflı: http://tinyurl.com/42yjktex

#MDDTAzerbaijan #RİNNAzərbaycan
👍6
Metronun bütün stansiyalarında QR biletlə ödəniş mümkün oldu

Daha ətraflı: http://tinyurl.com/2yj6xsdp

#MDDTAzerbaijan #RİNNAzərbaycan #nəqliyyat
👍5