mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur.

Əsas məqsəd İKT-dən istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılığın artırılmasıdır.

#WTISD #Telekommunikasiya
❤9👍5
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağcabədi şəhərində vətəndaşları qəbul edib.

Daha ətraflı: https://bit.ly/3pPFzLW

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍20❤3
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Ağcabədi şəhərinə səfəri çərçivəsində şəhid Cəfərov Anar Eyvaz oğlunun ailəsini ziyarət edib.

Görüşdə yaxınları şəhidlə bağlı xatirələrini bölüşüblər, onun keçdiyi şərəfli döyüş yolu haqqında danışıblar.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍26❤4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Daha ətraflı: https://bit.ly/3pLUsPp

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA #nəqliyyat
👍28👏2
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "Aztelekom" MMC-nin Müştərilərlə əlaqələr departamentinin direktoru Faiq Dadaşov müştəri məmnuniyyəti haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İnsanHüquqlarıAylığı #Aztelekom
👍16❤1
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) beynəlxalq yükdaşıma ilə məşğul olan bir sıra daşıyıcılar adından təşəkkür məktubu daxil olub.

Məktubda şirkət rəhbərləri RİNN tərəfindən milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün yaradılan əlverişli şəraitdən razılıqlarını bildiriblər.

“İcazə” blanklarının idarə edilməsi sahəsində AYNA tərəfindən aparılan islahatlar və həyata keçirilən tədbirlər nəticəsində inhisarçılığın və sui-istifadə hallarının qarşısının alındığını vurğulayıb və buna görə təşəkkürlərini ifadə ediblər.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA
👍20
Azərbaycan ilk dəfə olaraq 2025-2026-cı illər üçün Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib.

Bu gün Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı Sammiti keçirilir.

Sammit çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycan yekdil səslə 2025-2026-cı illər üçün tarixdə ilk dəfə BNF-in prezidenti seçilib.

Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edərək ölkəmizə yüksək etimad göstərildiyinə görə BNF-yə üzv dövlətlərin nümayəndələrinə dərin təşəkkürünü bildirib. Eləcə də Azərbaycanın BNF-yə prezidentliyi dövründə görüləcək işlər və prioritetlər barədə məlumat verib.

Daha ətraflı: https://bit.ly/3BVRI4M

#MDDTAzerbaijan #RİNNAzərbaycan #BNF #nəqliyyat
👍18
Qoşulmama Hərəkatına üzv dövlətlərin informasiya və kommunikasiya sahəsinə məsul nazirlərinin “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində İKT infrastrukturunun inkişafı” mövzusuna həsr olunan virtual görüşü keçirilib.

Daha ətraflı: https://bit.ly/434MUWt

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Rəqəmsalİnkişaf #İKT
👍14👏4❤3
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 5 iyun 2023-cü il tarixində saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 3 iyun 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
❤16👍4
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər 29 may 2023-cü il saat 12:00-da satışa çıxarılacaq.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Daha ətraflı: https://bit.ly/45zZQ8s

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA #YolumuzQarabağa
👍13
28 May — Müstəqillik Günü xalqımızın istiqlal mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, istiqlalımızın əbədi olmasını arzulayırıq.

#28May
❤15
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan mülki aviasiyasının 85 illiyi və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AZAL və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi ilə birgə şəhid övladları üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya təşkil edib.

Tədbir uşaqlara maraqlı təcrübə qazanmağa və aviasiya haqqında biliklərini genişləndirməyə kömək etmək məqsədi daşıyıb.

Daha ətraflı: https://bit.ly/3ISpxHF

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AZAL #ZəfərİB #İnsanHüquqlarıAylığı
❤10
"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".

Ulu Öndər Heydər Əliyevin uşaq və gənclərlə bağlı uzaqgörən siyasətinin nəticəsidir ki, bugünkü Azərbaycan beynəlxalq arenada innovativ həllərlə ön sıralarda yer alan ölkələrdən birinə çevrilib.

#HeydərƏliyev100 #1iyun #İnsanHüquqlarıAylığı
❤14
Bu gün Azərbaycan mülki aviasiyasının 85 illiyi qeyd olunur.

Uçuş coğrafiyasını genişləndirən, təhlükəsiz və səmərəli hava nəqliyyatı ilə daim fərqlənən aviasiya işçilərini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

#2iyun #MülkiAviasiya
👍15👏3