mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.

Daha ətraflı: http://tinyurl.com/37rfdjdp

#20January1990 #20yanvar
🙏6❤1
Azərbaycan regional kosmik gücə çevrilib – MƏQALƏ

Azərbaycan milli kosmik sənayeni uğurla inkişaf etdirir. Bu, ölkənin müasir qlobal çağırışlara və tendensiyalara adekvat cavabı, Dördüncü Sənaye İnqilabında müəyyən etdiyi hədəfə doğru irəliləməsidir.

Prezident İlham Əliyev hədəfi aydın və dəqiq ifadə edib: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır”.

Ölkədə texnoloji inkişafın təmin edilməsi, innovativ cəmiyyətin formalaşdırılması üçün həyata keçirilən irimiqyaslı layihələr arasında kosmik sahənin qurulması və inkişafı proqramının özünəməxsus yeri var.

Daha ətraflı: http://tinyurl.com/3575sj9f

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos
🔥8👍2
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəriciləri haqqında danışacaq.

Canlı yayımı həm “ASAN Radio”da dinləmək, həm də nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #İKTA #telekommunikasiya
👍5
“Aztelekom” MMC Şamaxı rayonunu yüksəksürətli internetlə təmin edir

Daha ətraflı: http://tinyurl.com/459w6zzh

#MDDTAzerbaijan #RİNNAzərbaycan #internet #GPON
👍7👏1
“Azərpoçt” MMC 2023-cü ilin yekunlarına dair brifinq keçirib

Daha ətraflı: http://tinyurl.com/mrywu8hb

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azərpoçt
👍7