mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatla çıxış edib.
👍8
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "Teleradio" İB-nin Baş direktoru vəzifəsini icra edən Elman Həsənov "Yerüstü radio-televiziya yayımı sahəsində hansı yeniliklər tətbiq edilir?" mövzusunda danışacaq.

Canlı yayımı "ASAN Radio"da dinləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Teleradio
👍6
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi üçün növbəti layihə icra edilib.

Belə ki, “Gənclik” metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. Yeni HUB sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasında da böyük əhəmiyyətə malikdir.


Daha ətraflı: https://tinyurl.com/4pb6ncdf

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA #nəqliyyat #piyadalaşdırılma
👍5
Novruz bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Daha ətraflı: https://tinyurl.com/ycyaj42w

#MDDTAzerbaijan #RİNNAzərbaycan
👍9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əziz həmvətənlər,

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhvali-ruhiyyəsi və cansağlığı arzulayırıq!

#NovruzBayramı
👍16
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.

Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirik.

#31Mart
🙏5
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Fatimə Ələkbərova “Technest” Təqaüd Proqramının üçüncü dalğasına necə qoşulmaq olar?” mövzusunda danışacaq.

Yayımı həm “ASAN Radio”da dinləmək, həm də nazirliyin və radionun “Facebook” səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #IDDA #İRİA #Technest
👍6
Qazaxıstanın Astana şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən MDB regionunda inkişafla bağlı Regional Forum keçirilib.

Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Daha ətraflı: https://tinyurl.com/4jmcjyj2

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ITU
👍11
Azərkosmos qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. Platforma “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfransda nümayiş olunub.

Qeyd edək ki, iki dildə hazırlanmış rəqəmsal platformada iqlim dəyişikliklərinin kosmik təsvirlər əsasında müqayisəli təhlili aparılıb. Platformadakı təhlillər beş istiqaməti – qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şoranlaşma, kənd təsərrüfatı ərazilərini və atmosferin dəyişməsini əhatə edir.

Daha ətraflı: https://tinyurl.com/y4zbeuhp

#MDDTAzerbaijan #RİNNAzərbaycan #UnitedNations #Azercosmos #Azərkosmos
👍11
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktor müavini Mirşahbaz Seyidli “SİMA-nın rəqəmsal transformasiyanı sürətləndirən yeni həlləri“ mövzusunda danışacaq.

Yayımı həm “ASAN Radio”da dinləmək, həm də nazirliyin və radionun “Facebook” səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #AzInTelecom #SİMA
👍6
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 aprel 2024-cü il tarixində saat 09:30-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağdaş, Göyçay, Yevlax və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Daha ətraflı: https://tinyurl.com/yc3ummf8

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍7
Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan
👍9❤1