mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
12 aprel dünyada Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir.

2023-cü ilin oktyabrında 50 il sonra yenidən Bakıda Beynəlxalq Astronavtika Konqresi keçirilib. “IAC” tarixində ilk dəfə Bakı Konqresinə 132 dövlətdən təmsilçi qoşulub. İştirak edən 5404 nümayəndənin 50%-ni 35 yaşa qədər olan gənclər təşkil edib.

Əldə olunmuş uğurlar və planlaşdırılan işlər sübut edir ki, Azərbaycan kosmik sahədə də artıq regional mərkəzə çevrilib.

#12Aprel
👍5
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin ilk üç ayı ərzində Azərbaycanda 251 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Ümumilikdə isə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74%-ni təşkil edir.

Daha ətraflı: https://tinyurl.com/yp9rh7vp

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom
👍6
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Taksi və fərdi nəqliyyat vasitələri ilə iş şöbəsinin müdiri Orxan Şıxıyev “Taksi fəaliyyəti necə tənzimlənir?” mövzusunda danışacaq.

Canlı yayımı həm “ASAN Radio”da dinləmək, həm də nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #AYNA #nəqliyyat
👍5
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə nəqliyyat və turizm sektorlarının nümayəndələri ilə görüş keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin iştirakı ilə təşkil olunan tədbirdə “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri təmsil olunublar.

Nazir Rəşad Nəbiyev nəqliyyat sistemini turistlər üçün daha əlverişli edən əlçatanlıq, təhlükəsizlik, davamlılıq kimi qlobal səviyyədə tanınan xüsusiyyətlər üzrə ölkəmizdə görülmüş və planlaşdırılan işlər barədə danışıb.

Daha ətraflı məlumat: https://tinyurl.com/makk5t82

#MDDTAzerbaijan #RİNNAzərbaycan #turizm #nəqliyyat
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Aprelin 15-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə nəqliyyat və turizm sektorlarının nümayəndələri ilə görüş keçirilib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #turizm #nəqliyyat
👍4
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 apreldə Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Daha ətraflı: https://tinyurl.com/yjxupjzc

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍5
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Ağdaş şəhərinə səfəri çərçivəsində şəhid polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun ailəsini ziyarət edib.

Görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan və şücaətlərindən danışıblar.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍8
“Aztelekom” MMC Oğuz rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 97%-nə #GPON texnologiyası ilə #yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb, vətəndaşların genişzolaqlı #internet xidmətlərindən istifadəsi təmin edilib.

Qoşulmalar davam etdirilir.

Daha ətraflı: https://tinyurl.com/bde44bex

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom
👍8😁1